Parisdə Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manseldən

08 dekabr 2015, 17:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident,

Dekabrın 4-də Xəzər dənizinin “Günəşli” yatağındakı neft platformasında baş verən və ölkənizi matəmə qərq edən güclü yanğın nəticəsində insanların həyatını itirməsi Azərbaycanın Dostları Assosiasiyasının bütün üzvlərini və şəxsən məni çox kədərləndirdi.

Zati-aliləri, bu ağır günlərdə Sizinlə birgə olduğumuzu bildirir, həlak olanların ailələrinə başsağlığı verir və Sizə ən dərin hörmət hisslərimi ifadə edirəm.

Jan-Fransua Mansel

Parisdə Azərbaycanın Dostları Assosiasiyasının prezidenti