Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədriləri Vayra Vike-Frayberqadan və İsmayil Serageldindən

07 dekabr 2015, 17:40

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham ƏliyevəHörmətli cənab Prezident,

“Günəşli” yatağındakı neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından dərin hüznlə başsağlığımızı qəbul edin.

Həlak olanların doğmalarının və yaxınlarının kədərinə şərik olduğumuzu bildirir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.

Hörmətlə,

Vayra Vike-Frayberqa

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

Latviyanın sabiq Prezidenti (1999-2007-ci illər)

İsmayil Serageldin

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

Misirin İsgəndəriyyə kitabxanasının direktoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55