İlham Əliyev Rusiya Kinematoqrafçılar İttifaqının sədrini qəbul edib

03 dekabr 2015, 21:55
İlham Əliyev Rusiya Kinematoqrafçılar İttifaqının sədrini qəbul edib

Prezident İlham Əliyev Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovu qəbul edib.

Görüşdə Azərbaycan ilə Rusiyanın bütün sahələrdə, o cümlədən humanitar sahədə uğurlu əməkdaşlıq etdikləri bildirildi. Bu səfərin ölkələrimiz və xalqlarımız arasında humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi işinə xidmət etdiyi vurğulandı. Nikita Mixalkovun Azərbaycana növbəti səfərinin ölkələrimizin mədəniyyət sahəsində əməkdaşlığına öz töhfəsini verdiyi qeyd edildi.

Nikita Mixalkov səfərindən məmnun olduğunu, Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri ilə görüşünün onda xoş təəssürat yaratdığını vurğuladı.

Nikita Mixalkov 70 illiyi münasibətilə hazırlanan, müəllifi olduğu filmlərin kolleksiyasını və kitabı Prezident İlham Əliyevə təqdim etdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55