İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin “Sənayecihaz” Elm-İstehsalat Mərkəzini yenidənqurmadan sonra işə salmışdır

03 mart 2011, 16:54
İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin “Sənayecihaz” Elm-İstehsalat Mərkəzini yenidənqurmadan sonra işə salmışdır

Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyi “Sənayecihaz” Elm-İstehsalat Mərkəzini yenidənqurmadan sonra işə salmışdır.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoydu.

Müdafiə sənayesi naziri Yavər Camalov müəssisədə aparılan yenidənqurma işləri barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd edildi ki, son iki ildə müəssisədə 6,5 min kvadratmetrlik istehsalat sahəsi, inzibati binalar yenidən qurulmuş, infrastruktur müasirləşdirilmiş, əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir.

Sonra nazir səhra şəraitində xidməti heyət üçün zəruri olan avadanlığı dövlətimizin başçısına təqdim etdi. Bildirildi ki, yedəyə qoşulan sutəmizləyici qurğu səhra şəraitində 1 saatda 600 litr adi suyu və ya 500 litr duzlu suyu tam təmizləyərək içməli vəziyyətə gətirir. Səhra şəraitində olduqca mühüm əhəmiyyət kəsb edən yedəyə qoşulan mini çörək sexində 1 saat ərzində 100 qramlıq 1000, 200 qramlıq 500 çörək bişirmək mümkündür. Çörək sexini xidməti heyətdən 2 nəfərin işlətməsi yetərlidir. Mətbəxdə 2 saat ərzində 4 çeşiddə yemək hazırlamaq mümkündür. Ehtiyac yaranarsa, səhra mətbəxində sutəmizləyən və çörəkbişirən avadanlıq da quraşdırmaq olar. Bu qurğu 400 nəfərin qidalanmasına imkan verən bütün zəruri avadanlıq və mətbəx əşyaları ilə təchiz edilmişdir. Səhra sanitar qovşağı da müasirliyi və praktik xüsusiyyətləri ilə seçilir. Qurğu 1 saatda 2 ton 500 litr suyu isidir. Kondisioner sistemi ilə təchiz olunan qovşağın xidmətindən bir saatda 45 nəfər istifadə edə bilər. Bütün bu qurğuların dizel yanacağı ilə işləməsi olduqca vacib əhəmiyyət kəsb edir.

Sonra Prezident İlham Əliyev mərkəzi işə salan düyməni basdı, müəssisə barədə qısa filmə baxdı.

Məlumat verildi ki, “Sənayecihaz” Elm-İstehsalat Mərkəzi 1956-cı ildə yaradılmışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1993-cü ildə müəssisə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyinə verilmişdir. Müdafiə Sənayesi Nazirliyi yaradılandan sonra “Sənayecihaz” Elm-İstehsalat Mərkəzinin istehsal sahələrinin bərpa olunması və yenidən qurulması üçün kompleks tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Prezidenti müəssisədə istehsal olunan məhsulların sərgisi ilə tanış oldu. Qeyd edildi ki, bu məmulatlar ən müasir standartlara cavab verir və rəqabətədavamlıdır. 2008-2010-cu illərdə “Sənayecihaz” Elm-İstehsalat Mərkəzində 56 müasir avadanlıq quraşdırılmışdır. Bu avadanlığın bir qismi ən son elmi-texniki yeniliklərə əsaslanan proqram təminatlı dəzgahlardır. Bunlar universal torna, frez, lazerlə kəsmə və pardaqlama dəzgahları, həmçinin şaquli emal mərkəzi, hidravlik presslər, kompressorlar və digər avadanlıqlardır. Yeni yaradılan istehsal sahələrində seysmik prinsipli mina partladıcısının istehsalı nəzərdə tutulmuşdur. Həyata keçirilən kompleks tədbirlər nəticəsində son 2 ildə əvvəlki illərlə müqayisədə mərkəzdə müdafiə təyinatlı məmulatın istehsalı bir neçə dəfə artmışdır. 2010-cu ildə müəssisədə seysmik prinsipli mina partladıcısının və bir neçə adda yaxın məsafəli döyüş vasitələrinin ehtiyat hissələrinin istehsalı həyata keçirilmişdir. Güc strukturlarının sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirilmişdir.

Prezident İlham Əliyevə yaxın müddətdə reallaşdırılması nəzərdə tutulan tədbirlər barədə məlumat verilərkən qeyd olundu ki, 2011-ci ildə müəssisədə 5 adda yeni növ müdafiə təyinatlı məmulatın istehsalı qaydaya salınacaqdır. Bundan başqa, müəssisədə neft sənayesi üçün maye sayğacı, adi və smartkartla işləyən qaz və su sayğacları, sərfiyyatölçən və digər mülki təyinatlı məhsulların istehsalının genişləndirilməsi qarşıya məqsəd qoyulmuşdur.

Vurğulandı ki, yaradılan yeni istehsal sahələrində əlavə olaraq 70 iş yeri açılacaqdır ki, bununla da işçilərin ümumi sayı 250 nəfərə çatdırılacaqdır. Kompleks yenidənqurma tədbirləri işçilərin orta aylıq əməkhaqqının artırılmasına da imkan yaradır.

Yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı, ölkəmizin müdafiə sənayesinin potensialının daha da möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42