16:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Əmirli–Xanağalı–Uğurbəyli və...
07 mart 2025, 16:00Prezident İlham Əliyev Latviyanın rifah naziri Uldis Auqulisi qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan ilə Latviya arasında mütəmadi həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrimizin yaxşı göstəricisi olduğunu bildirdi. Bu səfərlərin ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin həllinə töhfəsini verdiyini deyən dövlətimizin başçısı bu baxımdan Latviyanın rifah naziri Uldis Auqulisin də ölkəmizə səfərinin səmərəli nəticələr verəcəyinə ümidvar olduğunu qeyd etdi. Azərbaycanda əhalinin sosial müdafiəsinə göstərilən dövlət dəstəyindən danışan Prezident İlham Əliyev ölkəmizdə bu sahədə ən qabaqcıl standartların tətbiq edildiyini bildirdi. Müvafiq fəaliyyət sahəsi üzrə qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılmasının əhəmiyyətinə toxunan dövlətimizin başçısı iki ölkə arasında əməkdaşlığa dair yeni istiqamətlərin müzakirə olunmasının önəmini qeyd etdi.
Azərbaycanın sosial müdafiə sahəsində qazandığı nailiyyətlərə toxunan Latviyanın rifah naziri Uldis Auqulis ölkəmizin müvafiq qurumları ilə birgə işləmək niyyətində olduqlarını bildirdi. Hər iki ölkədə uğurla tətbiq olunan təcrübənin öyrənilməsinin vacibliyini xüsusi vurğulayan Latviyanın rifah naziri əhalinin sosial müdafiəsi sisteminin təkmilləşdirilməsinə nail olmaq üçün görülən işlər, əldə edilən uğurlar və qarşıya çıxan problemlərə dair müzakirələr aparılmasının əhəmiyyətini vurğuladı.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Əmirli–Xanağalı–Uğurbəyli və...
07 mart 2025, 16:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın...
06 mart 2025, 16:30Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı...
05 mart 2025, 18:05Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında”...
04 mart 2025, 15:58Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqlim dəyişikliyinə qarşı mübarizə və ekoloji dayanıqlılığın artırılması üçün ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin...
04 mart 2025, 15:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət...
04 mart 2025, 15:54