İlham Əliyev “BakuTel-2015” sərgisi ilə tanış olub

02 dekabr 2015, 17:20
İlham Əliyev “BakuTel-2015” sərgisi ilə tanış olub

Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində “BakuTel-2015” XXI Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, dekabrın 5-dək davam edəcək “BakuTel-2015” beynəlxalq sərgisində 200-dən artıq şirkət iştirak edir. Yeni şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15 faizini təşkil edir. 

Sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu. 

Dövlətimizin başçısı əvvəlcə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin stendinə baxdı. Burada Prezident İlham Əliyevə “Elektron hökumət” portalı və Data Mərkəzi barədə ətraflı məlumat verildi. Bildirildi ki, 2012-ci ildən fəaliyyətə başlayan “Elektron hökumət” portalı artıq özündə 80-dən artıq qurumu birləşdirir. Hazırda 45 qurum tərəfindən 432 elektron xidmət, 220-dən artıq elektron ödəniş olmaqla, vətəndaşlara ümumilikdə 650-dən artıq elektron xidmət göstərilir. 35 qeyri-dövlət qurumu da portala qoşularaq bu xidmətlərdən yararlanır. Son iki il ərzində istifadəçilərin sayı 10 dəfə artaraq 2,5 milyona çatıb. Ötən ildən elektron arayışların verilməsinə də başlanılıb. 

Azərbaycan Prezidentinə Data Mərkəzi barədə də məlumat verildi. Bildirildi ki, “bulud” texnologiyası əsasında regionda birinci olan Data Mərkəzi artıq istismara tam hazırdır. Mərkəzin istifadəyə verilməsini şərtləndirən sertifikatlaşdırma prosesi artıq tamamlanıb. Avropa Nüvə Tədqiqatları Təşkilatının apardığı elmi tədqiqatların nəticələrinin bu Data Mərkəzində saxlanılması və istifadə olunması ilə bağlı razılaşma var. Data Mərkəzinin istifadəyə verilməsi ölkədə “Elektron hökumət”in genişlənməsinə, həm dövlət, həm də qeyri-dövlət orqanlarının informasiya məlumatlarının saxlanılmasına imkan verəcək.

Prezident İlham Əliyevə “Google”un yeni platforması barədə məlumat verildi. “Cultural Institute” adlanan platforma dünyanın bütün muzeyləri, sərgiləri və maraqlı, mədəni görməli yerlərini əhatə edir. Məlumat verildi ki, ilk olaraq Azərbaycanın üç muzeyi platformaya daxil edilib. Bunlar Xalça, Milli İncəsənət və Musiqi Mədəniyyəti muzeyləridir. Ümumilikdə bu üç muzey üzrə minədək eksponat platformada təqdim ediləcək. “Google” bu platforma üzrə Azərbaycan ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Dövlətimizin başçısına CERN - Avropa Nüvə Tədqiqatları Təşkilatının məqsədi və funksiyaları barədə də məlumat verildi. Bildirildi ki, CERN-də çalışan fiziklər və mühəndislər Yer kürəsinin fundamental quruluşunu öyrənirlər. Onlar materiyanın tərkibinin - əsas elementar hissəciklərinin tədqiqi üçün dünyanın ən böyük və ən mürəkkəb elmi alətlərindən istifadə edirlər. 1954-cü ildə təsis edilmiş CERN laboratoriyası Cenevrə şəhərinin yaxınlığında yerləşir. Hazırda 21 dövlətin üzv olduğu təşkilat Avropanın ilk birgə müəssisələrindən biridir.

Sərgidə Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyi İqtisadi İnkişaf Nazirliyinin İxrac İnkişaf Korporasiyası (“Dubai Exports”) ilə təmsil olunur. 

Prezident İlham Əliyevə “Dubai Exports”un gələcək planları və məqsədləri barədə məlumat verildi. Bildirildi ki, “Dubai Exports” qarşısına innovasiya ilə inkişaf məqsədini qoyub. “BakuTel” sərgisinə ilk dəfə qatılan “Dubai Exsports” ümumilikdə ölkəmizdə keçirilən müxtəlif səpkili sərgilərdə artıq üç ildir iştirak edir.

Azərbaycan Prezidentinin Sərəncamı ilə 2015-ci ildə yaradılan Mingəçevir Yüksək Texnologiyalar Parkı artıq uğurlu fəaliyyətə başlayıb. Sərgidə bu Parkın ilk rezidenti olan “HTECH Invest” şirkəti də iştirak edir. “HTECH Invest”in əsas məqsədi dünyanın tanınmış informasiya texnologiyaları şirkətlərinin məhsullarının Azərbaycanda yığılmasını təmin etməkdir. Hazırda “ACER” şirkəti ilə danışıqlar başa çatmaq üzrədir. İlk məhsul 2016-cı ilin fevralında istehsal ediləcək. “ACER” şirkəti dünyanın beş ən nüfuzlu informasiya texnologiyaları şirkətindən biridir.

Prezident İlham Əliyev “Azərkosmos” ASC-nin stendi ilə də tanış oldu. Məlumat verildi ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. Dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “İntelsat” ilə “Azərkosmos” ASC-nin uzunmüddətli razılaşmasına əsasən, 45 dərəcə Şərq uzunluğu orbital mövqeyində yerləşəcək “Azerspace-2” Afrika, Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edəcək. “Azerspace-2” “Azərkosmos”un sayca ikinci telekommunikasiya peyki olmaqla yanaşı, “Azerspace-1”in əhatə zonasını genişləndirərək Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Tropik Afrikada ödənişli televiziya, hökumət strukturları üçün rabitə və şəbəkə xidmətlərinə artan tələbatı ödəyəcək. 

“BakuTel-2015” sərgisi çərçivəsində “Azerspace-2” peykinin orbitə çıxarılması barədə “Azərkosmos” ASC ilə Fransanın “Arianespace” şirkəti arasında müqavilə imzalandı. Prezident İlham Əliyevin iştirakı ilə imzalanan müqaviləyə əsasən, “Azerspace-2” peykinin 2017-ci ildə Fransanın “Ariane-5” raketi ilə Fransız Qvianasından orbitə çıxarılması nəzərdə tutulub.

Dövlətimizin başçısına “Kaspersky” şirkəti barədə də məlumat verildi. Bildirildi ki, şirkət artıq 18 ildir 33 ölkənin informasiya-kommunikasiya texnologiyaları bazarlarına informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə məhsullarını təqdim edir. Şirkətin məhsulları arasında kompyuterlərin təhlükəsizliyi, şəbəkələrin, elektron ünvan serverlərinin, mobil avadanlığın, fayl serverlərinin kiberhücumlardan qorunması üzrə xidmətlər yer alır. Sərgidə ilk dəfə iştirak edən “Kaspersky”nin Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir.

Prezident İlham Əliyev “Formula-1” Avropa Qran-pri yarışının stendi ilə də tanış oldu. Qeyd edildi ki, gələn il Bakının ilk dəfə ev sahibliyi edəcəyi yarış milyonlarla televiziya tamaşaçısının diqqətini bir daha ölkəmizə yönəldəcək. Dünya üzrə məşhur pilotlar UNESCO-nun Dünya İrsi Siyahısına daxil olmuş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Xəzər sahili boyu və müasir göydələnlərin əhatə etdiyi ərazidə yarışacaqlar. “Formula-1” Bakı Qran-prisinin promouter şirkəti olan “Bakı Şəhər Halqası” bu mötəbər turnirin yüksək səviyyədə keçirilməsi ilə bağlı hazırlıq işlərinə artıq başlayıb.

Çinin “Huawei” şirkəti də sərgidə geniş təmsil olunur. Yüksək texnoloji məhsullar istehsal edən “Huawei” dünyanın ən böyük 100 şirkətindən biridir. Şirkətin bir çox ölkələrdə, o cümlədən Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir. “Huawei” artıq 15 ildir ki, Azərbaycanda öz xidmətlərini təklif edir. Onlar əsasən internet operatoru və korporativ xidmətlərdir. Şirkət ölkəmizin aparıcı mobil operatorları ilə əməkdaşlıq edir. “Huawei”in məhsulları arasında planşet, mobil telefon, şəbəkə, informasiya-kommunikasiya texnologiyaları avadanlığı və stasionar kameralar da sərgilənir. Şirkət ölkəmizdə “Huawei-Azərbaycan” adı ilə fəaliyyət göstərir.

Prezident İlham Əliyevə Sumqayıt Texnologiyalar Parkında yeni istehsal edilən məhsullar barədə də məlumat verildi. Onların arasında kommunikasiya dolabları, ödəniş terminalları, infoköşk, rabitə, internet, elektrik kabelləri var. Məhsulların hamısı yüksək keyfiyyəti ilə seçilir. Sumqayıt Texnologiyalar Parkı müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Regionda nadir layihə olan STP Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə qadirdir.

Dövlətimizin başçısı SAP şirkətinin stendinə də baxdı. Şirkət 1972-ci ildə Almaniyada təsis olunub. Proqram təminatı və biznes həllərinin istehsalçısı olan SAP-ın 190 ölkədən 290 min müştərisi var. Şirkət yeni nəsil məlumatlar bazası, proqram təminatları ilə dünya bazarının liderlərindəndir. Şirkətin gələn il Azərbaycanda rəsmi ofisin açılışı nəzərdə tutulub. SAP sərgidə “Smart Azərbaycan” layihəsi üçün innovativ texnologiyaları təqdim edir. Bunlar İnnovativ Liman Logistikası, İnnovativ Energetika, İnnovativ Kənd Təsərrüfatı, Hava Daşımalarının İnteraktiv İdarəedilməsidir.

Prezident İlham Əliyev ABŞ-ın “CISCO Systems” şirkətinin stendi ilə də tanış oldu. Şirkət internet texnologiyalarının, şəbəkələrin təhlükəsizliyi, videokonfrans, IP-telefoniya sistemlərinin, “Internet of everything”, simsiz şəbəkə, data mərkəzlər həllərinin istehsalında dünya lideridir. 

Sonra dövlətimizin başçısına kiber təhlükələr və onların idarə edilməsi sistemi barədə məlumat verildi. Dünyada real zamanda baş verən kiber hücumlar, Avropa və Azərbaycan üzrə spam aktivliyinin vəziyyəti barədə məlumat diqqətə çatdırıldı.

“BakuTel-2015”in iştirakçıları arasında aparıcı informasiya-kommunikasiya texnologiyaları şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alıb. Ənənəvi olaraq, sərgidə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə bir sıra ölkələrin milli stendləri təqdim olunur. Sərgidə informasiya texnologiyaları sahəsi üzrə yeni nəsil və milli genişzolaqlı internet üzrə həll variantları, 4-5G mobil texnologiyalar, fiber-optik və “bulud” texnologiyaları üzrə xidmətlər, “Elektron hökumət”, “Smart Azərbaycan” layihələri üçün yeni texnologiyalar, eləcə də informasiya təhlükəsizliyi yer alıb.

BMT, Beynəlxalq Telekommunikasiya İttifaqı və Rabitə sahəsində Regional Birlik kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Dünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı “BakuTel”in beynəlxalq nüfuzunu bir daha təsdiq edir. Sərgidə “startap” şirkətlərinə iş üçün xüsusi yer ayrılıb. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri çıxış edir.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:58
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının...

17 aprel 2025, 16:58
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:56
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr...

17 aprel 2025, 16:56
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:54
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 160-VIIQD nömrəli Qanununun tətbiqi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 126 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi...

17 aprel 2025, 16:54
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:52
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər...

17 aprel 2025, 16:52
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:50
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan...

17 aprel 2025, 16:50
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:48
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 142-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral...

17 aprel 2025, 16:48
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:42
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanlarında və “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2021-ci il 9 aprel tarixli 2570 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə” 2021-ci il 4 dekabr tarixli 3025 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında”...

17 aprel 2025, 16:42
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:40
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il yanvarın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının...

17 aprel 2025, 16:40