Rumıniyanın Prezidenti Zati-aliləri cənab Klaus İohannisə

30 noyabr 2015, 18:15

Hörmətli cənab Prezident,

Rumıniyanın milli bayramı – Birlik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Rumıniya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Daim genişlənən dostluq əlaqələrimiz qarşılıqlı faydalı əməkdaşlığımız üçün geniş imkanlar açmışdır.

İnanıram ki, ikitərəfli münasibətlərimizin bütün sahələrdə inkişafı, strateji xarakter daşıyan əməkdaşlığımızın mövcud potensialından səmərəli istifadə olunması bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 noyabr 2015-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55