17:00

Prezident İlham Əliyev Rumıniyanın “NİRO İnvestment Group” şirkətinin rəhbəri Nikolae Dumitrunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
“NİRO İnvestment Group” şirkətinin rəhbəri Nikolae Dumitru “Balkanlar və Avropa” jurnalı nümayəndə heyətinin üzvü olaraq “Prezident İlham Əliyev-ilin adamı 2010” mükafatını dövlətimizin başçısına təqdim etmək imkanı əldə etmələrindən məmnunluğunu bildirdi. O, dövlətimizin başçısını bu mükafata dünyadakı maliyyə böhranına baxmayaraq, ölkəmizdə əldə olunan və yüksək qiymətləndirilən böyük uğurlara görə jurnalın akademiklərdən, alimlər, jurnalistlər və hüquqşünaslardan ibarət nüfuzlu münsiflər heyəti tərəfindən yekdilliklə layiq görüldüyünü qeyd etdi. Nikolae Dumitru Rumıniya-Azərbaycan strateji tərəfdaşlığının və xalqlarımız arasında dostluq münasibətlərinin bundan sonra da davam edəcəyinə əminliyini bildirdi və “İlin adamı-2010” mükafatını dövlətimizin baçısına təqdim etdi.
Dövlətimizin başçısı “İlin adamı-2010” mükafatına görə minnətdarlığını bildirdi və “Balkanlar və Avropa” jurnalının bu qərarını ölkələrimiz arasında əlaqələrin göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Rumıniya arasında əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini və bir çox sahələri, o cümlədən siyasi, iqtisadi və humanitar sahələri əhatə etdiyini dedı. Dövlətimizin başçısı ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Dünyada Rumıniyanın Azərbaycana ən yaxın dost dövlətlərdən biri olduğunu deyən Prezident İlham Əliyev ölkələrimiz arasında imzalanan müxtəlif sənədlərin, xüsusilə strateji tərəfdaşlıq haqqında Sazişin əhəmiyyətini vurğuladı.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilsin. ...
19 noyabr 2026, 10:03Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyət...
19 noyabr 2026, 10:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsi...
19 noyabr 2026, 10:01Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...
18 noyabr 2026, 14:24Hörmətli cənab Prezident,
Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Latviya əlaqələrinin inkişafı...
18 noyabr 2026, 14:02Əlahəzrət,
Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali d...
18 noyabr 2026, 14:00
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...
17 noyabr 2026, 15:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...
17 noyabr 2026, 15:44