İlham Əliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisini qəbul edib

11 noyabr 2015, 13:15
İlham Əliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisini qəbul edib

Prezident İlham Əliyev BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Broeki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Antonius Broekin ölkəmizdəki uğurlu diplomatik fəaliyyətini yüksək qiymətləndirən dövlətimizin başçısı Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 70 illik yubileyi münasibətilə, BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə onun Azərbaycanın yüksək medalı olan “Tərəqqi” medalı ilə təltif edildiyini bildirdi və medalı diplomata təqdim etdi. Ölkəmiz ilə BMT arasında əməkdaşlığa toxunan Prezident İlham Əliyev tərəfdaşlığımızın səviyyəsindən və müxtəlif əhəmiyyətli layihələrin praktiki surətdə həyata keçirilməsindən məmnunluğunu ifadə etdi.

Azərbaycanın “Tərəqqi” medalına layiq görüldüyünə görə dövlətimizin başçısına minnətdarlığını bildirən BMT-nin rezident əlaqələndiricisi Antonius Broek bunu onların fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirdi.

Görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminlik ifadə olundu.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 19 may 2025
14:17
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

19 may 2025, 14:17
SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42