İlham Əliyev Yevlax-Balakən magistralının genişləndirilməsi işləri ilə tanış olub

04 noyabr 2015, 13:40
İlham Əliyev Yevlax-Balakən magistralının genişləndirilməsi işləri ilə tanış olub

Prezident İlham Əliyev Yevlax-Balakən magistral yolu üzərində yerləşən, Yuxarı və Aşağı Tala kəndlərinin, həmçinin Zaqatala şəhərinin ərazisindən keçən hissəsinin genişləndirilməsi və abadlaşdırılması işləri ilə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, əsaslı təmir zamanı Yuxarı Tala kəndinə girişdə yol qovşağı inşa edilib, ərazi abadlaşdırılıb. Ümumilikdə, 4 kilometr uzunluğu olan yolda görülən işlər çərçivəsində müasir dayanacaqlar qoyulub, işıqlandırma sistemi quraşdırılıb. Hazırda yolun digər hissələrinin genişləndirilməsi və abadlaşdırılması işləri davam etdirilir.

Dövlətimizin başçısı işlərin yüksək səviyyədə görülməsi üçün tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55