İlham Əliyev Avstraliya parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib

01 noyabr 2015, 18:20
İlham Əliyev Avstraliya parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvü Luke Simpkinsin başçılıq etdiyi Avstraliya parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Avstraliya parlamentində Azərbaycan dostluq qrupunun işini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev qrupun fəaliyyətinin ikitərəfli əlaqələrimizin gücləndirilməsində vacib rol oynadığını qeyd etdi. Avstraliyada fəal azərbaycanlı icmasının yaşadığını deyən dövlətimizin başçısı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarında iştirakı zamanı onlarla keçirdiyi görüşü xatırladı. Avstraliyada Azərbaycan səfirliyinin artıq bir neçə ildir ki, fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev ölkəmizin Avstraliya ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi.

Avstraliya parlamentində Azərbaycan dostluq qrupunun tərkibində fəaliyyət göstərməsindən məmnun olduğunu qeyd edən Luke Simpkins Azərbaycanın iqtisadi və sosial sahələrdə, demokratiyanın inkişafı istiqamətində əldə etdiyi uğurların böyük əhəmiyyət daşıdığını vurğuladı. O, müşahidə apardıqları məntəqələrdə seçkilərin yüksək səviyyədə təşkil edildiyini və keçirildiyini qeyd etdi. Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvü Azərbaycanda sürətli inkişaf proseslərinin getdiyini dedi, ölkəmizin yerləşdiyi mürəkkəb regionda bu cür nailiyyətlər əldə etməsinin önəmini vurğuladı, bu barədə Avstraliya ictimaiyyətini məlumatlandırmağın əhəmiyyətini bildirdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 19 may 2025
14:17
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

19 may 2025, 14:17
SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42