İlham Əliyev Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədrlərini qəbul edib

01 noyabr 2015, 17:40
İlham Əliyev Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədrlərini qəbul edib

Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədri, Filippin parlamentinin Nümayəndələr Palatasının keçmiş sədri Jose de Venesia və təşkilatın Daimi Komitəsinin həmsədri və baş katibi Çunq Eu Yonqu qəbul edib.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədri Jose de Venesia Azərbaycana səfərdən məmnun olduqlarını bildirdi. Jose de Venesia Azərbaycanda parlament seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu və keçirildiyini dedi. Həmsədri olduğu təşkilatda Asiyanın 340-a qədər iqtidar və müxalifət partiyasının təmsil olunduğunu vurğulayan Jose de Venesia Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun əsasının Bakıda, həmçinin Gənclər Qolunun əsasının isə Azərbaycan paytaxtında və Kuala Lumpurda qoyulmasını məmnunluqla qeyd etdi. O, dedi: “Sizin rəhbərliyiniz və Yeni Azərbaycan Partiyası sayəsində hökumətinizlə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı arasında çox güclü, sağlam və dinamik əlaqələr mövcuddur”.

Asiyadan olan tərəfdaşlarımızla əməkdaşlığın əhəmiyyətli prioritet olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanın Asiya siyasi partiyaları ilə əlaqələri genişləndirməyə önəm verdiyini qeyd etdi, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının tədbirlərinin Bakıda uğurla keçirilməsindən məmnunluğunu bildirdi. Dost ölkələrlə əlaqələri gücləndirməyin zəruriliyini bildirən Prezident İlham Əliyev partiyalar arasında siyasi dialoqun həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq bu sahədə əməkdaşlığın genişləndirilməsinin ölkələrarası əlaqələrin möhkəmləndirilməsi işinə töhfə verəcəyini dedi. Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədrlərinin Azərbaycana səfərinin tərəfdaşlığımızı gücləndirmək üçün yeni imkanların müəyyənləşdirilməsi baxımından fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət yaratdığını bildirdi. Dövlətimizin başçısı Azərbaycanın bundan sonra da Asiyada siyasi partiyalar arasında əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli rol oynayacağını qeyd etdi.

SƏNƏDLƏR Sərəncamlar 19 may 2025
14:17
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

19 may 2025, 14:17
SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42