İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

27 oktyabr 2015, 13:05
İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Monteneqronun Baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan-Monteneqro ikitərəfli əlaqələrinin inkişafının razılıq doğurduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında yaxşı dostluq münasibətlərinin qurulduğunu dedi. Prezident İlham Əliyev Monteneqronun Baş naziri Milo Cukanoviçin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığımızın inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi. Əlaqələrimizin genişləndirilməsində tez-tez həyata keçirilən yüksək səviyyəli səfərlərin önəmini qeyd edən dövlətimizin başçısı bu əlaqələrin bütün istiqamətlərdə, o cümlədən siyasi və iqtisadi sahələrdə davam etdiriləcəyinə ümidvar olduğunu vurğuladı. Prezident İlham Əliyev əməkdaşlığımızın sərmayə qoyuluşu, enerji təhlükəsizliyi, biznes və digər sahələrdə inkişaf etdirilməsinin də mühüm əhəmiyyət daşıdığını dedi.

Baş Nazir Milo Cukanoviç Prezident İlham Əliyevin Monteneqro ilə əlaqələrə verdiyi önəmi ölkəsinə olan böyük dostluq münasibətinin ifadəsi kimi dəyərləndirdi. İkitərəfli münasibətlərimizin səviyyəsindən razılığını bildirən Baş nazir Milo Cukanoviç son illər ərzində əməkdaşlığımızın uğurla inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı.

Görüşdə ölkələrimiz arasında enerji, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində əməkdaşlıq, nəqliyyat, infrastruktur, turizm və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 19 may 2025
14:17
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

19 may 2025, 14:17
SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42