İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

20 oktyabr 2015, 15:54
İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderin etimadnaməsini qəbul edib.

Səfir Filip Ştalder fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Filip Ştalder etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycanla İsveçrə arasında mövcud olan möhkəm əməkdaşlığın son illər ərzində daha da inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu əlaqələrin bir çox sahələri əhatə etdiyini məmnunluqla diqqətə çatdırdı. Dövlətimizin başçısı İsveçrə prezidentlərinin Azərbaycana, həmçinin özünün İsveçrəyə rəsmi səfərlərinə toxunaraq yüksək səviyyəli qarşılıqlı təmasların və Xarici İşlər nazirlikləri arasında aparılan fəal dialoqun önəmini vurğuladı. İqtisadi sahədə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu sahələrində də yaxşı nəticələrin əldə olunduğunu bildirən Prezident İlham Əliyev bunu ölkələrimiz arasında mövcud olan hərtərəfli əməkdaşlığın göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı hər iki ölkənin Azərbaycanın həyata keçirdiyi enerji layihələri çərçivəsində də uğurla əməkdaşlıq etdiyini dedi. Ölkələrimizin mövcud qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edən Prezident İlham Əliyev qarşıdakı illərdə əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı səfir Filip Ştalderə gələcək fəaliyyətində uğurlar arzuladı, onun ölkəmizdəki fəaliyyətinin ikitərəfli münasibətlərin genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Bakıda aparılan abadlıq işlərinin və şəhərin gözəl görünüşünün onda dərin təəssürat yaratdığını deyən səfir Filip Ştalder nəinki İsveçrə, həmçinin bütün qitə üçün Azərbaycanın əhəmiyyətinin getdikcə artdığını qeyd etdi. Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən Filip Ştalder ölkəmizdəki diplomatik fəaliyyəti dövründə qarşılıqlı maraqlara xidmət edəcəyini, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 19 may 2025
14:17
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

19 may 2025, 14:17
SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42