İlham Əliyev Abşeron rayonu ərazisində “M-Line” Məhdud Məsuliyyətli Cəmiyyətinin mebel fabrikinin açılışında iştirak etmişdir

21 fevral 2011, 12:00
İlham Əliyev Abşeron rayonu ərazisində “M-Line” Məhdud Məsuliyyətli Cəmiyyətinin mebel fabrikinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “M-Line” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) mebel fabrikinin açılışında iştirak etmişdir.

Fabrikin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.

Prezident İlham Əliyev fabrikin rəmzi açılışını bildirən lenti kəsdi və müəssisə ilə yaxından tanış oldu.

Fabrikin foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin iqtisadiyyatımızın dinamik inkişafı istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət güşələr yaradılmış və videomaterialların göstərildiyi iki böyük ekran quraşdırılmışdır. Foyenin tavanında Azərbaycanın xüsusi zövqlə hazırlanmış xəritəsi quraşdırılmışdır.

Bildirildi ki, dövlətin güzəştli krediti və şirkətin vəsaiti hesabına inşa olunmuş fabrikin tikintisi 2010-cu ilin yanvarında, avadanlığın quraşdırılması isə bu ilin yanvarında başa çatdırılmışdır. Fabrikin ümumi dəyəri 7,8 milyon manatdır ki, bunun 55 faizini güzəştli dövlət krediti təşkil edir.

Fabrikdə hamısı yerli olmaqla 102 nəfər işləyir ki, yaxın gələcəkdə onların sayının 150-ə çatdırılması nəzərdə tutulmuşdur. İşçilərin fabrikə rahat gedib-gəlmələri üçün xüsusi nəqliyyat vasitəsi də ayrılmışdır.

Dövlət başçısı müəssisənin əsas istehsal sahəsi olan mebel yığımı sexi ilə tanış oldu və hazır mebel dəstlərinə baxdı.

Məlumat verildi ki, müəssisədə mebel istehsalı və dizaynı sahəsində ən son texnoloji yeniliklər tətbiq edilmişdir. Fabrikdə müştərilərin zövqünə tam cavab verməklə istənilən növdən olan yüksək keyfiyyətli məişət, ofis, muzey, xəstəxana, mehmanxana, təhsil müəssisəsi və digər inzibati binalar üçün istehsal edilən mebellər daxili və xarici bazar üçün nəzərdə tutulmuşdur. Müştərilər mebelləri hazır model cərgəsindən və ya fərdi sifariş əsasında seçə bilərlər. “M-Line” mebel fabrikində tətbiq olunan keyfiyyətə nəzarət sistemi mebel istehsalında istifadə edilən materialların və hazır məhsulların davamlılığını və uzunömürlülüyünü təmin edir.

Sonra Prezident İlham Əliyev fabrikin işə salınmasını bildirən düyməni basdı və istehsal prosesi ilə tanış oldu.

Vurğulandı ki, fabrikdə təbii ağacdan, MDF-dən, laminə edilmiş MDF-dən, təbii və süni şpondan boyalı və laklı mebellərin istehsalı nəzərdə tutulmuşdur. Xammal Braziliya, Almaniya, Avstraliya, Kanada və digər ölkələrdən gətiriləcəkdir. Fabrikdə quraşdırılan Almaniya və İtaliya istehsalı olan avadanlıq mebel istehsalında ən son texnologiyalara əsaslanır. İstehsal sahəsində iki anbar yaradılmışdır. Böyük anbar ümumi xammal üçün nəzərdə tutulmuşdur. Aksessuar anbarı isə avtomatlaşdırılmışdır. Burada bütün aksessuarlar kompyuter vasitəsilə kodlaşdırılmışdır. Mebellərin aksessuarları xaricdən gətirilir.

Prezident İlham Əliyevə mebel fabrikinin perspektiv inkişaf planı barədə də məlumat verildi. Vurğulandı ki, şirkət İSO 9001-2008 Beynəlxalq İdarəetmə və Azərbaycan istehsal standartlarına malikdir. Müəssisədə işçilərin rahatlığı üçün hər cür şərait yaradılmışdır. Fabrikin 80 nəfərlik yeməkxanası və tibb məntəqəsi vardır. Burada İtaliyanın “Galletti” firmasının istehsalı olan havalandırma və tam avtomatlaşdırılmış yanğınsöndürmə sistemləri quraşdırılmış, 600 kubmetr həcmində yeraltı su anbarı tikilmişdir. Ərazidə əsaslı abadlıq işləri aparılmışdır.

Taxta emalı sahəsi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, fabrikdə sifarişlərə uyğun olaraq əllə işlənmiş mebellər də hazırlanacaqdır. Burada, həmçinin keyfiyyət nəzarət masası da yaradılmışdır. Mebellər bazara həm xarici, həm də yerli adlarla çıxarılacaqdır. Fabrikdə boyama işləri xüsusi sahədə həm avtomatik, həm də əl ilə aparılacaqdır. İlk dəfə olaraq, fabrikdə aylıq istehsal gücü 18-20 min kvadratmetr olan poliuretan üzlük materiallarının isteshal xətti quraşdırılmışdır.

Prezident İlham Əliyev poliuretan sexində istehsal olunmuş məhsullara baxdı.

Dövlət başçısı fabrikdə yaradılmış şəraitdən və istehal prosesindən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:58
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının...

17 aprel 2025, 16:58
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:56
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr...

17 aprel 2025, 16:56
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:54
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 160-VIIQD nömrəli Qanununun tətbiqi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 126 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi...

17 aprel 2025, 16:54
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:52
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər...

17 aprel 2025, 16:52
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:50
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan...

17 aprel 2025, 16:50
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:48
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 142-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral...

17 aprel 2025, 16:48
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:42
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanlarında və “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2021-ci il 9 aprel tarixli 2570 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə” 2021-ci il 4 dekabr tarixli 3025 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında”...

17 aprel 2025, 16:42