İlham Əliyev Abşeron rayonunun ərazisində inşa olunmuş AZMDF zavodunun açılışında iştirak etmişdir

21 fevral 2011, 11:30
İlham Əliyev Abşeron rayonunun ərazisində inşa olunmuş AZMDF zavodunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində, Abşeron rayonu ərazisində inşa olunmuş AZMDF zavodunun açılışında iştirak etmişdir.

Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.

Zavodun ərazisi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, mebel hazırlanmasında geniş istifadə edilən MDF materialların istehsalında xammal - ağac materialları Rusiyadan vaqonlarla gətirilərək 50 min kvadratmetr sahəsi olan ağac deposuna boşaldılır və növlərinə görə çeşidlənir. Hazırda 3 növ ağacdan istifadə olunur. İstehsalın ilkin mərhələsi xammalın hazırlanmasıdır. Bu məqsədlə əvvəlcə ağac gövdələri qabıqdan təmizlənərək növbəti istehsal prosesinə ötürülür.

Qeyd edildi ki, indiyədək dünyanın müxtəlif ölkələrindən idxal edilən MDF materialları artıq Azərbaycanda ən yüksək keyfiyyətlə istehsal olunacaqdır.

Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni basdı, istehsal prosesini izlədi, zavodun fəaliyyətindən bəhs edən filmə baxdı.

Bildirildi ki, 2006-cı ildə özəl investisiyalar əsasında təsis olunmuş AZMDF şirkətinin inşa etdirdiyi zavodun ərazisində ağac deposu, daşınma və qəbuletmə, əsas istehsal qurğuları, nümayiş zalı və inzibati ofis yerləşir. İstehsal prosesi doğrama, lifləmə, presləmə, cilalama, üzləmə sexləri və anbardan ibarətdir.

Qeyd edildi ki, zavodda Almaniyanın “Siemens” və Yaponiyanın “Mitsubishi” şirkətlərinin idarəetmə proqramları ilə təmin olunmuş müasir texniki avadanlıq quraşdırılmışdır. Keyfiyyətli məhsulun əldə olunması üçün müəssisədə ən son mikrobioloji, fiziki-kimyəvi avadanlıqla təchiz olunmuş laboratoriya fəaliyyət göstərir. Zavodda kimyəvi-bioloji prosesləri həyata keçirən 3 min kubmetr həcmində xüsusi sutəmizləyici qurğu quraşdırılmışdır. Müəssisənin elektrik təchizatı üçün 100/10/0,4 kilovatlıq yarımstansiya fəaliyyət göstərir. Zavodun istehsal gücü ildə 85 min kubmetr plitə təşkil edir. Bu isə o deməkdir ki, AZMDF MDB məkanında və qonşu dövlətlər arasında bu profilli ən böyük zavoddur. Tam istehsal gücünə çatdıqda müəssisədə 500 işçi çalışacaqdır.

Bildirildi ki, texnoloji standartına uyğun gələn xırda hissələr lifin hazırlanması üçün yuyulma aparatına göndərilir. Yuyulma mərhələsində taxta qırıntıları tozdan təmizlənir və lifin hazırlanması üçün tam hazır vəziyyətə gətirilir. Texnologiyaya görə lifləmə prosesi ən önəmli mərhələlərdən biridir. Bu, ağac lifinin hazırlanması prosesidir. Yuyulmuş taxta hissələri rifaynerin şaquli çənlərinə göndərilir və burada buxara verilir. Rifaynerin çıxışında lifə sintetik yapışqan və parafin əlavə olunur. Yapışqanla qarışdırılmış ağac lifləri boruların içində isti hava ilə qurudulur. Ağac lifləri hələ çox yumşaq olduğu üçün ilkin presləmə üsulu ilə sıxılır, xalça formasına salınır və müvafiq ölçüdə kəsilir.

Dövlət başçısına məlumat verildi ki, MDF istehsalı xətti tam kompyuterləşdirilmiş və avtomatlaşdırılmışdır. Operatorlar yalnız texnoloji parametrləri tənzimləyərək prosesə nəzarət edirlər.

Cilalama sexi ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, məhz bu sex MDF materiallarının istehsalında xüsusi rol oynayır. Cilalama mərhələsində MDF plitələri dünya standartlarına cavab verən son yoxlama və sertifikatlaşma işlərinə hazır olur. Sonuncu istehsal mərhələsi isə hazır MDF plitələrinə zahiri yaraşıq verən üzləmə prosesidir. Burada MDF plitələri laminə olunur.

Hazır məhsullara baxan dövlətimizin başçısına məlumat verildi ki, MDF digər materiallardan bir sıra keyfiyyətlərinə görə fərqlənir. Beləliklə, yeni zavodun fəaliyyəti keyfiyyətcə xarici analoqlarından geri qalmayan yerli MDF materialları istehsal etməyə və bununla hazırlanan məhsulların indiyədək mövcud olan qiymətlərinin aşağı düşməsinə müsbət təsir göstərəcəkdir. 

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, müvafiq tövsiyə və tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Müraciətlər 20 may 2025
10:31
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Şəbəkəsi) 6-cı Plenar iclasının iştirakçılarına

Hörmətli iclas iştirakçıları,

Sizi BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin Bakı şəhərində keçirilən 6-cı Plenar iclasında...

20 may 2025, 10:31
SƏNƏDLƏR Sərəncamlar 19 may 2025
14:17
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

19 may 2025, 14:17
SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42