13:09

Prezident İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib.
Azərbaycan ilə Dünya Gömrük Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini deyən Prezident İlham Əliyev ölkəmizdə gömrük sisteminin müasirləşdirilməsi məqsədilə bir çox praktiki addımların atıldığını bildirdi. Gömrük xidmətinin iqtisadiyyat və təhlükəsizlik baxımından önəmini qeyd edən dövlətimizin başçısı Azərbaycanda gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində də geniş islahatların həyata keçirildiyini vurğuladı. Ölkəmizin gömrük xidməti sahəsində təşkil olunan bir sıra tədbirlərə ev sahibliyi etdiyini deyən Prezident İlham Əliyev Dünya Gömrük Təşkilatının 10-cu illik PICARD “Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı” konfransının Bakıda keçirilməsinin əhəmiyyətinə toxundu.
Dünyada gömrük daşımalarının həcminin getdikcə artdığını vurğulayan baş katib Kunio Mikuriya bu sahədə peşəkarlığın mütəmadi olaraq yüksəldilməsinin çox vacib olduğunu bildirdi. Hazırda bir çox ölkələrdə beynəlxalq daşımaların idarə edilməsi məsələlərinin aktuallığının olduqca artdığını deyən Kunio Mikuriya təşkilatın Bakıda keçiriləcək 10-cu illik PICARD Araşdırmalar Konfransının bu işlərə öz töhfəsini verəcəyinə ümidvar olduğunu qeyd etdi, gömrük xidməti işinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, rəhbərlik etdiyi təşkilatın Azərbaycanın paytaxtında Regional Təlim Mərkəzinin fəaliyyət göstərdiyini xatırladaraq Bakıda yeni Regional Kinoloji Təlim Mərkəzinin də açılacağını məmnunluqla qeyd etdi.
Görüşdə Azərbaycan ilə Dünya Gömrük Təşkilatı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38