Əfqanıstan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Əşrəf Qaniyə

18 avqust 2015, 18:15

Hörmətli cənab Prezident,

Əfqanıstan İslam Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq ənənələrinin qorunub saxlanması və daha da möhkəmlənməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. 

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Əfqanıstan xalqına  əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 17 avqust  2015-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55