İlham Əliyev Bakının Pişəvəri, Cavadxan, Hüseyn Seyidzadə küçələrində aparılan abadlıq və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub

14 avqust 2015, 15:05
İlham Əliyev Bakının Pişəvəri, Cavadxan, Hüseyn Seyidzadə küçələrində  aparılan abadlıq və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunun ərazisindəki Pişəvəri, Cavadxan, Hüseyn Seyidzadə küçələrində həyata keçirilən abadlıq və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Pişəvəri, Cavadxan, Hüseyn Seyidzadə küçələrində ümumilikdə 300 min kvadratmetrə yaxın sahəyə asfalt döşənib, yol işarələri ikikomponentli yüksək keyfiyyətli boyalarla rənglənib. Pişəvəri küçəsi ikiistiqamətli və dördzolaqlı olmaqla genişləndirilərək əsaslı şəkildə yenidən qurulub. Küçə boyu səkilər tamamilə yenilənib, ən müasir işıqlandırma sistemi quraşdırılıb, yeni yaşıllıq zolaqları salınıb. Heydər məscidinə gedən küçələrin hamısında abadlıq və yenidənqurma işləri həyata keçirilib.

Görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev Pişəvəri küçəsinin yenidənqurmadan sonra açılışını bildirən lenti kəsdi. 

Dövlətimizin başçısı Cavadxan və Hüseyn Seyidzadə küçələrində və bu küçələrin kəsişdiyi ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən sonrakı vəziyyətlə də tanış oldu.

Bu küçələrə də yeni asfalt örtüyü döşənib, səkilər və buradakı yol ötürücüsü yenidən qurulub, ətraf abadlaşdırılıb, yeni yaşıllıq zolaqları salınıb, müxtəlif ağac və gül kolları əkilib. Əsaslı şəkildə yenidən qurulmuş bu küçələrin hamısında yeraltı kommunikasiyalar və su xətləri dəyişdirilib, yeni işıqlandırma sistemi qurulub. 

 Bütün bunlar göstərir ki, ölkədə yol-nəqliyyat kompleksinin yenidən qurulması, yeni yolların salınması, mövcud olanların isə əsaslı şəkildə təmir olunması ilə bağlı layihələr uğurla davam etdirilir. Hazırda ölkədə beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması ilə yanaşı, yerli əhəmiyyətli, xüsusən də paytaxtdaxili yolların müasir səviyyədə qurulmasına xüsusi diqqət yetirilir. Bu da təbii ki, Bakıda aparılan genişmiqyaslı abadlıq işlərinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən bu sahədə görülən işlər həm də Bakı şəhərindəki yollarda avtomobillərin rahat hərəkətinin təmin olunmasına və tıxac probleminin aradan qaldırılmasına yönəlib. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 08 may 2025
16:27
Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının...

08 may 2025, 16:27
SƏNƏDLƏR Sərəncamlar 08 may 2025
16:21
Azərbaycan Respublikasının mədəniyyət və elm xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...

08 may 2025, 16:21