İlham Əliyev Kürdəmir-Ucar magistral avtomobil yolunun yenidən qurulmuş hissəsinin açılışında iştirak etmişdir

10 fevral 2011, 17:00
İlham Əliyev Kürdəmir-Ucar magistral avtomobil yolunun yenidən qurulmuş hissəsinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev fevralın 10-da Kürdəmir-Ucar magistral avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilmiş 42 kilometrlik hissəsinin açılışında iştirak etmişdir.

Dövlət başçısı yolun yenidən qurulması layihəsini, magistral avtomobil yolunun təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov bildirdi ki, “Kürdəmir-Ucar magistral avtomobil yolunun yenidən qurulması” layihəsi Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış saziş çərçivəsində maliyyələşdirilmişdir.

Yolun layihəsi və müsabiqə sənədləri Finlandiyanın “Finnroad Ltd” və “RRİ” firmaları tərəfindən hazırlanmış, müsabiqənin qalibi olan İtaliyanın “Todini Costruzioni Generali S.p.A” şirkəti ilə 2008-ci il oktyabrın 15-də podrat müqaviləsi imzalanmışdı. Tikintiyə texniki nəzarət işlərini isə Böyük Britaniyanın “Scott Wilson” firması yerinə yetirmişdir.

İkinci texniki dərəcəli yolun uzunluğu 42 kilometr, eni 15 metrdir. Magistral yolda yağış sularını ötürmək üçün 88 dairəvi və 16 düzbucaqlı boru qoyulmuş, 2 piyada keçidi və 3 körpü inşa edilmişdir.

Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev inşaatçılarla görüşdü.

Sonra dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi.

Prezident İlham Əliyev yenidənqurma işlərindən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 02 iyun 2025
15:49
“Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya...

02 iyun 2025, 15:49
SƏNƏDLƏR Fərmanlar 02 iyun 2025
15:47
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 179-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

02 iyun 2025, 15:47
SƏNƏDLƏR Qanunlar 02 iyun 2025
15:45
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda...

02 iyun 2025, 15:45