13:26
PDF yükləyin
16 yanvar 2025, 13:26Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti, Braziliya Paralimpiya Komitəsinin prezidenti Endrü Parson Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ali paralimpiya mükafatını və Beynəlxalq Paralimpiya Komitəsinin xüsusi hədiyyəsini təqdim edib.
Ali paralimpiya mükafatı ancaq beynəlxalq səviyyədə Olimpiya hərəkatının və idmanın inkişafında xüsusi xidmətləri olan dövlət başçılarına verilir. Bu baxımdan həmin mükafat böyük önəm daşıyır. İndiyədək yalnız 12 dövlət başçısının ali paralimpiya mükafatına layiq görülməsi bunun əyani təsdiqidir.
Görüşdə çıxış edən Endrü PARSON dedi:
- Cənab Prezident, Azərbaycanda paralimpiya hərəkatına dəstək göstərdiyiniz üçün Beynəlxalq Paralimpiya Komitəsi adından Sizə “Şərəf” medalını təqdim etmək istəyirəm. Bizim Prezident şəxsən özü bu medalı Sizə təqdim etmək istəyirdi. Lakin əfsuslar olsun ki, səhhəti ilə bağlı kiçik problemlər yaşadığından bunu edə bilmədi. “Şərəf” medalı paralimpiya hərəkatına dəstək göstərdiklərini qiymətləndirmək üçün yalnız dövlət başçılarına verilir və bu hərəkata göstərdiyiniz dəstəyə görə Sizə təqdim olunur.
Endrü Parson “Şərəf” medalını Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Prezident İlham ƏLİYEV dedi:
- Çox sağ olun. Təşəkkür edirəm.
Endrü PARSON: Mən Sizə, həmçinin kitab təqdim etmək istəyirəm. Biz bu yaxınlarda Beynəlxalq Paralimpiya Komitəsinin 25 illiyini qeyd etdik. Bu kitabda ən önəmli 25 məqam əks olunur və prezidentimizin də Sizə xüsusi müraciəti var. O, burada Sizinlə bir yerdə ola bilmədiyindən təəssüf hissi keçirdiyini bildirir və məndən şəxsən bu kitabı Sizə təqdim etməyi xahiş etdi.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Cənab Prezidentə kitab və mükafata görə mənim minnətdarlığımı çatdırın. Belə bir medala layiq görülmək mənim üçün böyük şərəfdir. Bizim paralimpiya hərəkatına göstərdiyiniz dəstək üçün sizə təşəkkürümü bildirirəm. Biz öz paraolimpiyaçılarımız üçün ən yaxşı şərait yaratmaq məqsədilə əlimizdən gələni edirik. Elə indicə məşhur, əfsanəvi paralimpiyaçımız İlham Zəkiyev qızıl medal qazandı.
Endrü PARSONS: Təbriklər.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Yəqin siz də bilirsiniz ki, o, məşəli stadiona gətirmişdi. Minlərlə idmançı və məşhur insanlar bütün Azərbaycanı məşəllə dolaşdılar. Onu məşəli stadiona gətirəcək şəxs qismində seçdilər. Bu da onun idmana sadiqliyinin və dövlətimizin, insanlarımızın paralimpiya hərəkatına verdiyi qiymətin təzahürüdür.
Yeddinci dəfədir Azərbaycanda səfərdə olduğunu bildirən Endrü Parson ölkəmizdə paralimpiyanın inkişafının xüsusi diqqət mərkəzində olduğunu vurğuladı. O qeyd etdi ki, Azərbaycan Braziliya Paralimpiya Komitəsi ilə də uğurlu əməkdaşlıq edir və bu sahədə əlaqələrin genişləndirilməsi üçün yeni müvafiq sənədlər də imzalanıb.
Endrü Parson Azərbaycanın paralimpiyaçılarının Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarında da uğurlu çıxış edəcəklərinə inamını bildirdi.
Prezident İlham Əliyev Azərbaycanda idman infrastrukturunun inkişafı üçün kompleks işlər aparıldığını və bir neçə il əvvəl Sumqayıtda paralimpiyaçılar üçün təlim mərkəzinin də istifadəyə verildiyini dedi. Dövlətimizin başçısı həqiqətən də Azərbaycan paralimpiyaçılarının mütəmadi uğurlar qazandıqlarını qeyd etdi.
Endrü Parson Azərbacyan Prezidenti İlham Əliyevi Rio-de-Janeyroda həm Olimpiya, həm də paralimpiya Oyunlarında görmək arzusunu çatdırdı.
PDF yükləyin
16 yanvar 2025, 13:26Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Rəqəmsal inkişaf sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli...
16 yanvar 2025, 13:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...
16 yanvar 2025, 13:22Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Keçən il dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması barədə...
15 yanvar 2025, 16:54Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Dost Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
“Azərbaycan Hava Yolları”...
15 yanvar 2025, 16:52Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğraması...
15 yanvar 2025, 16:50Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 15 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” (bundan sonra – AZCON) idarəetməsinə verilmiş dövlət...
15 yanvar 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan...
15 yanvar 2025, 16:39Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və...
15 yanvar 2025, 16:37Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 8-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr...
15 yanvar 2025, 16:35Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan...
15 yanvar 2025, 16:33