İlham Əliyevə Beynəlxalq Sambo Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə Sambonun Çempion kəməri təqdim edilib

22 iyun 2015, 23:10
İlham Əliyevə Beynəlxalq Sambo Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə Sambonun Çempion kəməri təqdim edilib

Prezident İlham Əliyev Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov ilə görüşüb.

Qonaq Beynəlxalq Sambo Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə Sambonun Çempion kəmərini dövlətimizin başçısına təqdim edib. 

Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili ŞESTAKOV dedi: İcazə verin, belə bir bayramı təşkil etdiyinizə görə təşəkkürümü bildirim. Mən Bakıda hələ 1974-cü ildə olmuşdum. İndi isə gözlərimə inana bilmirəm.

Prezident İlham ƏLİYEV: O vaxtdan Bakıda olmamısınız?

Vasili Şestakov: Xeyr, olmuşam. Amma indi bir daha baxdım. Çox gözəl şəhərdir. 

Prezident İlham Əliyev: Çox sağ olun. Şadam ki, gəlmisiniz və belə bir möhtəşəm tədbiri - idman yarışını, sambonu izləyirsiniz. 

Vasili Şestakov: Dəstəyinizə görə Sizə təşəkkür edirəm. Çox sağ olun. Çünki məhz Sizin sayənizdə sambo yarışları belə böyük idman tədbirinin proqramına daxil edilib. Hələ Soçidə sambodan söhbət düşəndə bu idman növünün Avropa Oyunlarına daxil edilməsinə görə Sizə təşəkkür bildirildi. Biz də Sizi təbrik etmək və Çempion kəmərini təqdim etmək istərdik. 

Vasili Şestakov Sambonun Çempion kəmərini dövlətimizin başçısına təqdim etdi. 

Prezident İlham Əliyev: Çox sağ olun.

Vasili Şestakov: Belə bir kəmər fəxri prezident kimi Vladimir Vladimiroviçə təqdim edilib. Sambonun Azərbaycanda və bütün dünyada inkişafına göstərdiyiniz böyük xidmətlərə görə Beynəlxalq Sambo Federasiyası İcraiyyə Komitəsinin qərarı ilə Sizə Sambonun Çempion kəmərini təqdim edirik. Bu, ikinci belə kəmərdir. Birincisi Vladimir Vladimiroviç Putinə təqdim olunub.

Prezident İlham Əliyev: Çox sağ olun. Mən işimə verilən qiymətə görə minnətdarlığımı bildirirəm. Siz qeyd etdiyiniz kimi, sambo birinci Avropa Oyunlarının proqramına daxil edilib. Bu Prezident Putinlə mənim birgə təşəbbüsüm idi. Biz bu barədə hələ ötən ilin yazında müzakirə aparmışdıq. Biz Avropa Olimpiya Komitəsinə müraciət etdik ki, sambo ilk Avropa Oyunlarının proqramına daxil edilsin. Deməliyəm ki, Oyunların proqramına daha 7 idman növü üzrə yarışların daxil edilməsi planlaşdırılırdı. On doqquzu artıq müəyyənləşdirilmişdi və yalnız bir idman növü qalırdı. Əlbəttə, biz Avropa Olimpiya Komitəsinə xahişimizi təmin etdiklərinə görə də minnətdarıq. Beləliklə, belə bir gün gəlib çatdı. Həqiqətən də idmanın bu növü bizi birləşdirir.

Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov Azərbaycanda güclü sambo məktəbinin olduğunu və bunun maraqla izləndiyini vurğuladı.

Prezident İlham Əliyev: Bu, sambonun gələcəkdə Olimpiya Oyunlarının proqramına daxil edilməsinə aparan yoldur. Bu idman növü bizdə çox sevilir. Bu yarışlardan sonra, fikrimcə, sambo bölməsinə axın daha da artacaq. Çünki hamı gözəl bilir ki, cüdo Olimpiya idman növü olduğuna görə gəncləri və uşaqları özünə daha çox cəlb edir. Hamı Olimpiya çempionu olmaq istəyir. Biz sambonu da bu cür dəstəkləyirik və dəstəkləyəcəyik.

Vasili Şestakov: Ümid edirəm ki, Sizin dəstəyinizlə sambo Olimpiya Oyunlarına yol tapacaq. Sizin çox məşhur - 7 dəfə dünya çempionunuz Ceyhun Məmmədov var. O, sambonun əfsanəsidir. Buna görə də o, Beynəlxalq Federasiyanın ən yüksək mükafatına - Qızıl nişana layiq görülüb. Tarixdə cəmi bir idmançı bu nişanla mükafatlandırılıb. O, ən yaxşı samboçular onluğuna daxil olub.

Prezident İlham Əliyev: Çox sağ olun.

X X X

Sonra Azərbaycan Sambo Federasiyasının Prezidenti Ceyhun Məmmədov qonaqlarla görüşüb.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 13 may 2025
16:59
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi...

13 may 2025, 16:59
SƏNƏDLƏR Sərəncamlar 13 may 2025
16:57
B.V.Əhmədovun Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsini rəhbər tutaraq qərara alıram:

1. Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin...

13 may 2025, 16:57
SƏNƏDLƏR Sərəncamlar 12 may 2025
15:27
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29...

12 may 2025, 15:27
SƏNƏDLƏR Fərmanlar 12 may 2025
15:25
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

12 may 2025, 15:25
SƏNƏDLƏR Qanunlar 12 may 2025
15:23
“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

12 may 2025, 15:23