İlham Əliyev Latviyanın yeni seçilmiş Prezidenti Raymonds Veyonis ilə görüşüb

22 iyun 2015, 13:00
İlham Əliyev Latviyanın yeni seçilmiş Prezidenti Raymonds Veyonis ilə görüşüb

Prezident İlham Əliyev Latviya Respublikasının yeni seçilmiş Prezidenti Raymonds Veyonis ilə görüşüb.

Dövlətimizin başçısı Raymonds Veyonisi Latviya Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik etdi, ona ali dövləti fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.

Latviya Respublikasının yeni seçilmiş Prezidenti Raymonds Veyonis Latviya-Azərbaycan əməkdaşlığının yaxşı səviyyədə olduğunu bildirdi, ölkələrimizin iş adamları, müxtəlif nazirliklər və qurumlar arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd etdi.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55