İlham Əliyev Azərbaycanın qadın voleybolçularının İtaliya millisi ilə oyununa baxıb

17 iyun 2015, 23:00
İlham Əliyev Azərbaycanın qadın voleybolçularının İtaliya millisi ilə oyununa baxıb

Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunlarında qadınlar arasında voleybol yarışlarının növbəti oyunları keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva qadınlardan ibarət Azərbaycan yığmasının İtaliya millisi ilə keçirdiyi görüşü izləyiblər.

“A” qrupunda yer alan Azərbaycan yığması İtaliya millisi ilə keçirdiyi görüşün birinci setində 25:22 hesabı ilə qalib gəldi. İkinci setdə 25:20 hesabı ilə rəqiblərindən üstün olan voleybolçularımız üçüncü setdə italiyalılara 22:25 hesabı ilə məğlub oldular. Görüşün taleyi dördüncü setdə həll olundu. Bu seti Azərbaycan yığması 25:22 hesabı ilə qalib başa vurdu. 

Xatırladaq ki, ilk qarşılaşmasını Rumıniya yığmasına qarşı keçirən millimiz bu görüşdən qalib ayrılıb. İyunun 15-də isə qadın voleybolçularımız Polşa millisini 3:0 hesabı ilə məğlub ediblər.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55