İlham Əliyev Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibi Tyeri Marianini qəbul etmişdir

11 fevral 2011, 14:05
İlham Əliyev Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibi Tyeri Marianini qəbul etmişdir

Prezident İlham Əliyev Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibi Tyeri Marianini qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan ilə Fransa arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq ölkələrimizin münasibətlərinin tərəfdaşlıq xarakteri daşıdığını bildirdi. Fransa şirkətlərinin artıq ölkəmizlə bir sıra sahələrdə uğurlu əməkdaşlıq etdiyini qeyd edən dövlət başçısı nəqliyyat sektorunda da geniş əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi.

Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibi Tyeri Mariani ölkəmizə növbəti dəfə səfər etməsindən məmnunluğunu bildirdi. Ölkələrimiz arasında münasibətlərin son illər daha da genişləndiyini vurğulayan qonaq Fransanın xüsusilə Azərbaycanın nəqliyyat sektoruna böyük maraq göstərdiyini dedi. Ölkəmizi yaxından tanıdığını qeyd edən Tyeri Mariani əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.

Dövlət başçısı Azərbaycanda avtomobil yollarının, dəmir yol nəqliyyatının və eləcə də Bakıda metropoliten şəbəkəsinin təkmilləşdirilməsində Fransa şirkətlərinin iştirakına və Fransa texnologiyasının tətbiqinə ölkəmizin böyük önəm verdiyini dedi. Prezident İlham Əliyev Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibi Tyeri Marianinin Azərbaycan-Fransa əlaqələrinin bu sahədə inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi. 

SƏNƏDLƏR Fərmanlar 05 may 2025
16:00
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası...

05 may 2025, 16:00
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
15:53
“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 183-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22...

05 may 2025, 15:53
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
15:49
“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 164-VIIQD nömrəli Qanununun tətbiqi və “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1...

05 may 2025, 15:49
SƏNƏDLƏR Sərəncamlar 05 may 2025
12:32
Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün...

05 may 2025, 12:32
SƏNƏDLƏR Sərəncamlar 02 may 2025
16:31
Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi...

02 may 2025, 16:31