İlham Əliyev ilk Avropa Oyunlarının açılış mərasiminin iştirakçısı olan dövlət, hökumət başçıları və yüksək səviyyəli qonaqlar ilə birgə şam edib

13 iyun 2015, 11:55
İlham Əliyev ilk Avropa Oyunlarının açılış mərasiminin iştirakçısı olan dövlət, hökumət başçıları və yüksək səviyyəli qonaqlar ilə birgə şam edib

Prezident İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edən dövlət və hökumət başçıları, yüksək səviyyəli qonaqlar ilə birgə şam ediblər.

Şam yeməyində dövlət və hökumət başçıları, yüksək vəzifəli şəxslər Prezident İlham Əliyevi və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı açılış mərasiminin uğurla keçməsi münasibətilə təbrik etdilər.

Möhtəşəm açılış mərasimi müstəqillik dövründə ölkəmizin əldə etdiyi uğurları, möhkəmlənən beynəlxalq imicini, iqtisadi qüdrətini, dinamik sosial-iqtisadi inkişafını, beynəlxalq tədbirlərin təşkilində zəngin təcrübəsini, idmançılarımızın ən nüfuzlu beynəlxalq yarışlarda qazandıqları nailiyyətləri, Bakının planetin ən gözəl şəhərlərindən birinə çevrildiyini bir daha təsdiqlədi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55