İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax ilə görüşüb

13 iyun 2015, 22:55
İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax ilə görüşüb

Prezident İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax ilə görüşüb.

Görüşdə birinci Avropa Oyunları barədə ətraflı fikir mübadiləsi aparıldı. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax birinci Avropa Oyunlarının ilk günlərində maraqlı yarışların olduğunu dedi. O, “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasiminin çox təntənəli keçdiyini vurğuladı.

Prezident İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın birinci Avropa Oyunlarına hərtərəfli dəstəyini xüsusi qeyd edərək bu amilin Oyunların əhəmiyyətini daha da artırdığını dedi. Dövlətimizin başçısı birinci Avropa Oyunlarının ilk günündə Azərbaycan idmançılarının bir neçə medal qazanmasının önəmini qeyd etdi. Azərbaycan Milli Olimpiya Komitəsi ilə Beynəlxalq Olimpiya Komitəsi arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığa mühüm töhfələr verdiyi qeyd olundu. Mötəbər beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsinin bunun yaxşı nümunəsi olduğu vurğulandı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20