İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşüb

13 iyun 2015, 17:15
İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşüb

Prezident İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmiş Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlətinin başçısı Vladimir Putini qarşıladı.

Görüşdə Prezident İlham ƏLİYEV dedi:

- Hörmətli Vladimir Vladimiroviç.

İcazə verin, Sizi yenidən Azərbaycana gəlməyiniz münasibətilə ürəkdən salamlayım. Ölkəmizə xoş gəlmisiniz!

Dünən Rusiya milli bayramını qeyd edirdi. Bununla əlaqədar icazə verin, bir daha Sizi və bütün Rusiya xalqını səmimi qəlbdən təbrik edim. Qeyd edim ki, belə bir bayram günündə Sizin buraya gəlməyinizə Azərbaycanda böyük əhəmiyyət veririk. Biz bunu dövlətlərimiz arasında dostluğun və yüksək səviyyəli əməkdaşlığın təcəssümü kimi qiymətləndiririk.

Ölkələrimiz arasında münasibətlər çox müsbət və dinamik inkişaf edir. Bu əlaqələr ildən-ilə daha da yüksəlir. Biz Sizinlə müntəzəm olaraq Moskvada, Bakıda və digər yerlərdə görüşürük. Həmçinin bizim nazirlər müxtəlif səviyyədə görüşlər keçirir və müzakirələr aparırlar. Bütün istiqamətlərdə fəal dialoq aparılır, parlamentlərarası əlaqələr möhkəmlənir, iqtisadi sahədə yaxşı nəticələr var. Dünyada iqtisadiyyatın çətinliklərinə baxmayaraq, biz iqtisadi sahədə də qarşılıqlı əməkdaşlıq potensialımızı artırırıq. Deyərdim ki, humanitar sahədə də bizim əlaqələrimiz nümunəvidir və biz öz uğurlarımızı inkişaf etdiririk. Başqa sözlə, ölkələrimiz arasında münasibətlərin mümkün səviyyəsi əlaqələrimizi daha da inkişaf etdirməyə və gələcəyə nikbin baxmağa imkan verir. Bir daha Azərbaycana xoş gəlmisiniz!

                                                                            X X X

Rusiya Prezidenti Vladimir PUTİN dedi:

- Çox sağ olun, hörmətli İlham Heydər oğlu.

Mən də öz tərəfimdən Sizi dünən reallaşan tarixi hadisə - ilk Avropa Oyunlarının açılışı münasibətilə təbrik edirəm. Bu, həqiqətən də beynəlxalq idman hadisəsinə layiq, möhtəşəm, təəssüratoyadıcı bir hadisə, eyni zamanda, istedadla, ləyaqətlə çox gözəl təşkil olunmuş təqdimat idi. Deməliyəm ki, bunu hazırlayanlar əbəs yerə zəhmət sərf etməyiblər, bu tədbir həqiqətən çox gözəl alınıb.

Mən Sizin ölkələrimiz arasındakı münasibətlərin səviyyəsi, dövlətlərarası əlaqələr barədə fikirlərinizlə tam razıyam. Sevindirici haldır ki, ölkələrimiz arasında ticarət dövriyyəsi artır. Keçən il artım 12 faizdən çox olub və bu ilin birinci yarısında təxminən 6 faiz təşkil edib. Bütövlükdə bu, onu göstərir ki, azərbaycanlı sahibkarlar bizim mövcud bazarlardakı, o cümlədən ərzaq bazarındakı imkanlardan mümkün qədər daha səmərəli istifadə edirlər. Bu da bizi çox sevindirir. Fikrimcə, əgər bu əməkdaşlıq genişlənərsə, vəziyyət daha yaxşı olacaq. Bu, bizim maraqlarımıza uyğundur. Zənnimcə, biz münasibətlərimizi daha da şaxələndirməliyik. Bunun üçün bütün imkanlar var. Əminəm ki, bütün bu tədbirlər öz müsbət nəticələrini verəcək. Dəvətə görə təşəkkürümü bildirirəm.

                                                                          X X X

Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar etdilər.

Sonra Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini evinə çay süfrəsinə dəvət etdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Rusiya dövlətinin başçısı Vladimir Putinlə çay süfrəsi arxasında səmimi söhbət etdilər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putini yola saldılar.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
16:00
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası...

05 may 2025, 16:00
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
15:53
“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 183-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22...

05 may 2025, 15:53
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
15:49
“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 164-VIIQD nömrəli Qanununun tətbiqi və “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1...

05 may 2025, 15:49
SƏNƏDLƏR Sərəncamlar 05 may 2025
12:32
Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün...

05 may 2025, 12:32
SƏNƏDLƏR Sərəncamlar 02 may 2025
16:31
Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi...

02 may 2025, 16:31