İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun görüşü olub

12 iyun 2015, 17:40
İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun görüşü olub

Prezident İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV dedi: 

-Hörmətli Aleksandr Qriqoryeviç. Sizi yenidən görməyimə, bizim yeni görüşümüzə çox şadam. Biz çox tez-tez görüşürük – Bakıda da, Minskdə də, başqa yerlərdə də. Hər dəfə də ünsiyyətdə olmağa, fikir mübadiləsi aparmağa vaxt tapırıq. Bu görüşlər bizim münasibətlərimizə dinamizm əlavə edir. Belarus bizə dost, qardaş dövlətdir. Biz bu münasibətləri çox yüksək qiymətləndirir, qarşılıqlı siyasi əlaqələr, iqtisadi əməkdaşlıq məsələlərində nisbətən qısa müddətdə qazandığımız uğurlara görə fəxr edirik. Biz bütün istiqamətlərdə yalnız müsbət dinamika görürük. 

Bizim münasibətlərimiz səmimi, etibarlı olması ilə fərqlənir. Bu münasibətlər bizim qarşıya qoyduğumuz vəzifələri müvəffəqiyyətlə gerçəkləşdirməyə yönəlib və tabeliyimizdə olanlar bu vəzifələrin öhdəsindən uğurla gəlirlər. Şadam ki, Siz birinci Avropa Oyunlarının açılış mərasiminə gəlməyə vaxt tapmısınız. Bu, həm Azərbaycan, həm də Avropa üçün əlamətdar hadisədir. Bilirəm ki, Belarus Oyunlarda güclü heyətlə təmsil olunub. Sizin komandanıza uğurlar və medallar arzulayıram. Azərbaycan və Belarus komandalarına birlikdə azarkeşlik edəcəyik.

Bir daha xoş gəlmisiniz.

X X X

Belarus Respublikasının Prezidenti Aleksandr LUKAŞENKO dedi:

-Sağ olun, İlham Heydər oğlu.

-Əvvələn, mən buraya gəlməyə bilməzdim. Çünki vaxtilə, hələ bu tədbirin keçiriləcəyi barədə düşünmədən ilk dəfə mən arzumu bildirmişdim ki, biz bu cür oyunlar keçirək. Axı Siz və mən həm də Olimpiya komitələrinin rəhbərləriyik. Asiyada, Afrikada, Latın Amerikasında bu cür idman tədbirləri keçirilir, Avropada isə bunu başa düşən yox idi. Ona görə, səmimi sözümdür, Sizi təbrik edirəm və Sizə qibtə edirəm. Əvvələn, ona görə ki, birinci Avropa Oyunları məhz Bakıda keçirilir. İkincisi, Sizi təbrik edirəm ki, Siz bu Oyunlara ən qısa müddətdə - cəmi iki il ərzində hazırlaşa bildiniz. Səmimi deyirəm, əgər Siz bundan əvvəl heç nə etməsəydiniz, bu, mümkün olmazdı. Lakin bu Avropa Oyunları Sizin bütün tədbirləri başa çatdırmağınıza təkan verdi. Bu sözlər Dənizkənarı bulvardan başlayaraq idman obyektlərinə qədər bütün işlərə aiddir. Ümumiyyətlə, çox böyük iş görülüb. Afərin! Biz bu işin görüləcəyinə şübhə etmirdik. Lakin hər şeyin bu qədər gözəl olması bizi, sadəcə olaraq, heyrətləndirdi. Mən bunu Sizə dünən də demişdim. Afərin! Bakı çox gözəl şəhərdir. Ən başlıcası, biz çoxlu obyektlərin tikildiyi çox şəhərlər tanıyırıq, lakin Sizin tikdiyiniz binaların bu dərəcədə düşünülmüş, şəraitə uyğunlaşdırılmış olması hörmətə layiqdir.

Buna görə Avropa Oyunlarına qədər gördüyünüz işlər münasibətilə Sizi bir daha təbrik etmək istəyirəm. Əminəm ki, Sizin idmançılar buna yüksək uğurlarla cavab verəcəklər. İnanın ki, hətta bizim qələbəyə ümid bəslədiyimiz bəzi idman növlərində bizə qalib gəlsəniz, buna görə qanımız qaralmayacaq. Çünki biz həqiqətən bir-birimizə yaxınıq və bizim münasibətlərin yaxşı təməli var.

Dəvət üçün bir daha sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 06 may 2025
16:06
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin və bəzi birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun...

06 may 2025, 16:06
SƏNƏDLƏR Fərmanlar 06 may 2025
16:04
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam...

06 may 2025, 16:04
SƏNƏDLƏR Fərmanlar 06 may 2025
16:02
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Gömrük Xidməti (Federal Gəlirlər Şurası) arasında ilkin elektron məlumat mübadiləsinin yaradılması haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam...

06 may 2025, 16:02
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
16:00
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası...

05 may 2025, 16:00
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
15:53
“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 183-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22...

05 may 2025, 15:53
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
15:49
“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 164-VIIQD nömrəli Qanununun tətbiqi və “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1...

05 may 2025, 15:49