17:50

Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində Bakı-Gürcüstan sərhədi avtomagistralının bir hissəsi olan Yevlax-Gəncə yolunda tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına 50 kilometr uzunluğunda olan Yevlax-Gəncə avtomobil yolunun genişləndirilməsi layihəsində nəzərdə tutulan yol qovşaqları, Yevlax-Gəncə və Gəncə dairəvi avtomobil yolu layihələri barədə məlumat verdi. “Yevlax-Gəncə avtomobil yolunun yenidən qurulması layihəsi” mövcud ikinci dərəcəli avtomobil yolunun və körpülərin yenidən qurulmasını və bərpasını, habelə, podrat müqaviləsi çərçivəsində əldə olunmuş qənaətlər hesabına Gəncə şəhərinə şərq tərəfdən 7,2 kilometr uzunluqda birinci dərəcəli giriş yolunun yenidən qurulmasını nəzərdə tutur. Yolda 4 körpü, çoxsaylı keçidlər və dayanacaqlar tikilmiş, Kür çayı üzərindəki körpü bərpa edilmişdir.
Prezident İlham Əliyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi istiqamətindəki körpüdə gedən yenidənqurma işləri ilə də tanış oldu, strateji əhəmiyyətli yolda işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Pakistanın Baş naziri dövlətimizin başçısına Hindistanın ölkəsinə qarşı hərbi hücumları və...
15 may 2025, 13:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11...
15 may 2025, 12:20Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin...
15 may 2025, 11:50Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 12-ci, 13-cü, 15-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi...
15 may 2025, 11:48Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis...
15 may 2025, 11:46PDF yükləyin
15 may 2025, 11:44Azərbaycan Respublikasının
2025-ci il 1 may tarixli Qanunu ilə
təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə...
15 may 2025, 11:42