Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan

02 iyun 2015, 13:55

Hörmətli İlham Heydər oğlu,

Milli bayramınız - Respublika Günü münasibətilə tatarıstanlıların və şəxsən mənim ən səmimi təbriklərimizi qəbul edin. Sizə, qardaş Azərbaycan xalqına səmimi qəlbdən möhkəm cansağlığı, sülh və xoşbəxtlik, dövlətinizin möhkəmlənməsinə və hərtərəfli inkişafına yönələn bütün təşəbbüslərinizdə uğurlar arzu edirik. Qoy, Azərbaycan xalqının tarixi yaddaşı birliyin və ictimai həmrəyliyin, hər kəsin bütün ölkənin rifahı naminə səmərəli, yaradıcı əməyinin möhkəm təməlinə çevrilsin. 

Məmnunluq hissi ilə qeyd edirəm ki, xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşma ənənələri nə zamana, nə də müxtəlif beynəlxalq qeyri-sabitlik “küləklərinə” tabe deyil. Biz həmişə olduğu kimi, Tatarıstan-Azərbaycan əməkdaşlığını Rusiya və Azərbaycan xalqlarının rifahı, ümumi sülh naminə genişləndiririk. Bu vacib işə dəstəyinizə görə Sizə ürəkdən təşəkkür edirəm və bundan sonra da bir-birimizi daim dəstəkləyəcəyimizə ümidvaram. 

Sizə və Azərbaycan xalqına ən dərin ehtiram hissi ilə,

Rüstəm Minnixanov

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55