İtaliya Respublikasının Prezidenti Sergio Mattarelladan

30 may 2015, 13:45

İtaliya xalqı və öz adımdan Azərbaycan xalqına Respublika Günü münasibətilə səmimi qəlbdən sülh və rifah arzularımı bildirirəm.

İtaliya və Azərbaycan artıq uzun müddətdir ki, xalqlarımız arasında möhkəm və uzunmüddətli dostluq münasibətlərindən bəhrələnən və müxtəlif səviyyələrdə keçirilən görüş və imkanlarla zənginləşən səmərəli əməkdaşlıq mərhələsinə qədəm qoyublar. 

Ümid edirəm ki, ölkənizin Avropa İttifaqı ilə daha geniş əlaqələri çərçivəsində bizim mövcud sıx əməkdaşlığımız və bunun nəticəsi olan ümumi təşəbbüslərimiz gələcəkdə daha da güclənəcəkdir. 

Bu ümidlə də Sizə möhkəm cansağlığı, xalqınıza rifah arzu edirəm.

Hörmətlə,

Sergio Mattarella

İtaliya Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55