Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qanidən

29 may 2015, 16:05

Zati-aliləri,

28 May – Respublika Günü münasibətilə Sizə Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Əminəm ki, Əfqanıstan ilə Azərbaycan arasında dərin tarixi, mədəni və qarşılıqlı maraqlara əsaslanan əlaqələr gələcəkdə bütün sahələrdə daha da möhkəmlənəcək və inkişaf edəcək.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və müvəffəqiyyət, dost Azərbaycan xalqına isə tərəqqi arzu edirəm.

Hörmətlə,

Məhəmməd Əşrəf Qani
Əfqanıstan İslam Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55