12:20
Hörmətli həmvətənlər!
Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
Dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan Qurban bayramı Uca Yaradanın...
05 iyun 2025, 12:20
Prezident İlham Əliyev Qazax rayonunun Birinci Şıxlı kəndində yeni məktəb binasının açılışında iştirak etmişdir.
Azərbaycan Prezidentinin “Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında” 2009-cu il 4 dekabr tarixli Sərəncamına əsasən məktəbin tikintisinə 2010-cu ilin yanvarında başlanılmış, cari ilin yanvarında başa çatdırılmışdır.
Bildirildi ki, hələ sovet dövründə Birinci Şıxlı kəndində bir neçə məktəb binası tikilsə də, onlar mövcud tələbatı ödəyə bilməmişdi. Torpaq sürüşməsinə meyilli ərazilərdə, üstəlik də keyfiyyətsiz tikilən binalar istismar müddəti bitməmiş uçub dağılırdı. 1987-ci ildə istifadəyə verilən məktəb binası da eyni təhlükə ilə üzləşmişdi.
Tikinti işlərinə başlayarkən əvvəllər buraxılan səhvlər dərindən təhlil edilmiş, binanın özülü tam monolit betondan tökülmüşdür. Müasir görünüşü ilə diqqəti cəlb edən 640 şagird yerlik məktəbdə təlim-tədrisin uğurla və keyfiyyətlə aparılması üçün bütün şərait yaradılmışdır. Burada 49 otaq, o cümlədən 27 sinif otağı, zəruri avadanlıqla təchiz olunmuş idman salonu var. Məktəb istilik sistemi ilə təchiz edilmişdir. Şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları da diqqət mərkəzində saxlanılmış, fənn laboratoriyalarında bütün lazımi şərait yaradılmışdır.
Prezident İlham Əliyev yeni binanın açılışını bildirən lenti kəsdi, sinif otaqlarına, idman salonuna baxdı.
Hörmətli həmvətənlər!
Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
Dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan Qurban bayramı Uca Yaradanın...
05 iyun 2025, 12:20İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...
04 iyun 2025, 21:42Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Əlamətdar bayram - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi...
04 iyun 2025, 17:36Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının elan edildiyi 28 May – Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik...
04 iyun 2025, 16:28Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
28 May – Müstəqillik Günü münasibətilə Sizə Paraqvay Respublikasının hökuməti və xalqı adından və şəxsən öz adımdan səmimi qardaşlıq...
04 iyun 2025, 14:38Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci...
04 iyun 2025, 13:32Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası...
04 iyun 2025, 13:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi...
04 iyun 2025, 13:28PDF yükləyin
04 iyun 2025, 13:26Azərbaycan Respublikasının
2025-ci il 23 may tarixli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə...
04 iyun 2025, 13:25Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi...
04 iyun 2025, 13:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə...
04 iyun 2025, 13:22