Ukraynanın Prezidenti Pyotr Poroşenkodan

22 may 2015, 14:35

Hörmətli cənab Prezident,

Sizi milli bayramınız – Respublika Günü münasibətilə Ukrayna xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.

Ukrayna Azərbaycan Respublikası ilə münasibətlərin hərtərəfli inkişafına xüsusi diqqət yetirir. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq bundan sonra da qarşılıqlı anlaşma və etimad əsasında inkişaf edəcək.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,

Pyotr Poroşenko
Ukraynanın Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55