İlham Əliyev Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanı qəbul etmişdir

07 fevral 2011, 15:00
İlham Əliyev Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanı qəbul etmişdir

Prezident İlham Əliyev Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanı qəbul etmişdir. 

Dövlət başçısı Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanın yeni vəzifədə ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə etdi. Azərbaycan ilə Türkiyə arasında münasibətlərin dostluq və qardaşlıq prinsipləri üzərində qurulduğunu deyən Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, Milli təhlükəsizlik sahəsində də ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf edəcəyinə əminliyini bildirdi. Yaşadığımız bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini qeyd edən dövlətimizin başçısı bu sahədə Türkiyə-Azərbaycan əlaqələrinin inkişafının bütün bölgəyə müsbət təsir göstərdiyini bildirdi.

Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Yeni vəzifədə ölkəmizə səfərindən qürur hissi keçirdiyini bildirən Hakan Fidan Bakıda böyük dəyişikliyin və inkişafın şahidi olduğunu və bundan çox sevindiyini dedi.

Dövlət başçısı Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 11 iyun 2025
15:42
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

11 iyun 2025, 15:42
SƏNƏDLƏR Sərəncamlar 11 iyun 2025
13:11
Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (28 km)–Köhnə Xaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəhmədoba–Şərifoba–Qaracəlli–Xəzərli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

  Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On iki min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə...

11 iyun 2025, 13:11
SƏNƏDLƏR Qanunlar 10 iyun 2025
15:42
“Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

PDF yükləyin

10 iyun 2025, 15:42
SƏNƏDLƏR Qanunlar 10 iyun 2025
15:40
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası...

10 iyun 2025, 15:40
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50