Avstraliya İttifaqının General-qubernatoru Piter Kosqroyvdan

19 may 2015, 12:00

Zati-aliləri,

28 May - Respublika Günü münasibətilə Avstraliya hökumətinin və xalqının adından, şəxsən öz adımdan ən xoş arzularımı Azərbaycan hökumətinə və xalqına çatdırmaq istərdim.

Avstraliya ilə Azərbaycan arasında ticarət və sərmayə sahələrində artan imkanlarla bərabər, sıx ikitərəfli əlaqələr mövcuddur. Mayın əvvəlində Bakıda keçirilən Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının toplantısı ilə əlaqədar Avstraliya parlamentinin üzvü, maliyyə nazirinin parlament üzrə katibi Maykl Makkormakın Azərbaycana səfəri ölkələrimiz arasında ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün bir addım idi.

Bu ilin iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq və tikinti işlərinə Avstraliya şirkətlərinin cəlb edilməsindən olduqca məmnunuq. Azərbaycana Avropa Oyunlarına ev sahibliyi işində uğurlar, həmçinin qarşıdan gələn demokratik parlament seçkilərində uğurlar arzu edirəm.

Zati aliləri, icazə verin ölkələrimiz arasındakı dostluq münasibətlərinin növbəti illərdə də inkişaf edəcəyinə inamımı ifadə edim.

Dərin ehtiramla,

Piter Kosqroyv

Avstraliya İttifaqının General-qubernatoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55