İlham Əliyevin adından Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın şərəfinə rəsmi qəbul təşkil edilib

14 may 2015, 23:00
İlham Əliyevin adından Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın şərəfinə rəsmi qəbul təşkil edilib

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın və xanımı May Thi Hanın şərəfinə rəsmi qəbul təşkil edilib.

Dövlət başçıları rəsmi qəbulda çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Hörmətli cənab Prezident.

Hörmətli xanım May Thi Han.

Hörmətli xanımlar və cənablar.

Əvvəlcə dəvətimi qəbul edib Azərbaycana rəsmi səfər etdiyinizə görə Sizə təşəkkür edir və rəhbərlik etdiyiniz nümayəndə heyətini bir daha salamlayıram.

Biz bu gün olduqca faydalı görüşlər keçirdik. Əminəm ki, qarşılıqlı maraq doğuran məsələlər ətrafında apardığımız fikir mübadiləsi və müzakirələr, əldə olunan razılaşmalar və imzalanan sənədlər ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etməsinə töhfəsini verəcək.

Azərbaycan və Vyetnam arasında dostluq münasibətlərinin təməli ötən əsrdə Vyetnam xalqının böyük oğlu Ho Şi Minin Azərbaycana və xalqımızın ümummilli lideri Heydər Əliyevin Vyetnama səfərləri ilə qoyulmuşdur. İnanıram ki, keçən il mənim ölkənizə dövlət səfərim və bu gün Sizin Azərbaycanda olmağınız bu gözəl ənənənin davamı kimi münasibətlərimizi daha da möhkəmləndirəcək, yüksək səviyyəli təmasların intensiv xarakter almasına güclü təkan verəcək.

Bu gün dost ölkələrimiz arasında siyasi, hərbi, iqtisadi, o cümlədən enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı və uzunmüddətli tərəfdaşlıq üçün böyük imkanlar vardır. Biz Vyetnamla əməkdaşlığın genişləndirilməsi istiqamətində bütün mümkün vasitələrdən istifadə edilməsində olduqca maraqlıyıq.

Sevindirici haldır ki, son dövrlər münasibətlərimizin xarakteri keyfiyyətcə yeni müstəviyə keçib. Ötən il Vyetnamın Elm və Texnologiya Assosiasiyaları Birliyinin Siyasət, Hüquq və İdarəçilik İnstitutunun nəzdində Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin yaradılmasını təqdirəlayiq hesab edirəm. Əminəm ki, ölkəmizin adət-ənənələri, tarixi və mədəniyyəti ilə bağlı Vyetnam ictimaiyyətinə dolğun məlumatların çatdırılmasında bu mərkəz mühüm rol oynayacaqdır.

Mən ötən həftə Bakıda keçirilən Azərbaycan-Vyetnam Dostluq Forumunu da xüsusilə qeyd etmək istərdim. Böyük əksəriyyəti Azərbaycanın ali təhsil müəssisələrindən məzun olmuş vyetnamlıların iştirak etdiyi bu tədbir xalqlarımız arasında mövcud olan dostluğun daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Qürurvericidir ki, Azərbaycanda təhsil alan bu şəxslər Vyetnam Sosialist Respublikasında bir çox sahələrin, xüsusən neft və qaz sənayesinin inkişafına əhəmiyyətli töhfə verirlər.

Hesab edirəm ki, bu gün Vyetnamın nüfuzlu şirkətlərinin iştirakı ilə keçirilən biznes forum ölkəmizdəki əlverişli iqtisadi şəraitin və turizm potensialının dəyərləndirilməsi baxımından çox faydalı olacaqdır. Həmçinin Vyetnam şirkətlərinin ölkəmizdə həm neft-qaz, həm də qeyri-neft sektorundakı layihələrdə iştirakı əməkdaşlığımızın genişlənməsi baxımından arzuolunandır.

Biz Vyetnamla çoxtərəfli əməkdaşlığa da xüsusi əhəmiyyət veririk. Düşünürəm ki, BMT, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimizi əlaqələndirməklə uğurlu nəticələr əldə edə bilərik.

Bu gün biz, həmçinin regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq. Mən qeyd etdim ki, regionun ən ağrılı problemi – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi, tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuşdur. Ermənistanın məqsədyönlü etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir.

BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların oxşar qərar və qətnamələri vardır. Qoşulmama Hərəkatının zirvə görüşündə 120 ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnamə qəbul etmişdir. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Hörmətli cənab Prezident, coğrafi baxımdan ölkələrimiz arasında böyük məsafə olsa da, inanıram ki, qarşılıqlı səylərimiz nəticəsində Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətləri daha da sıx olacaqdır.

                                                                                      X X X

Vyetnam Prezidenti Çıonq Tan Şanqın çıxışı

- Hörmətli cənab Prezident İlham Əliyev.

Hörmətli xanım Mehriban Əliyeva.

Əziz azərbaycanlı və vyetnamlı dostlar.

Mən gözəl və qonaqpərvər ölkə olan Azərbaycana səfər etməyimə, Azərbaycan xalqının qazandığı böyük uğurları əyani surətdə görməyimə çox şadam. Mən mehriban və səmimi qəbula, Vyetnam dövləti və xalqı barədə gözəl hisslərinə, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri haqqında səmimi dost sözlərinə görə cənab Prezidentə və azərbaycanlı dostlara Vyetnam nümayəndə heyəti adından minnətdarlığımı bildirmək istəyirəm.

Vyetnam xalqı keçmiş zamanlardan Azərbaycanı zəngin qədim mədəniyyəti olan gözəl ölkə, mehriban və qonaqpərvər xalq kimi tanıyır. Coğrafi məsafənin uzaq olmasına baxmayaraq, Vyetnam ilə Azərbaycanın qardaşlıq və dostluq hissləri çox yaxındır. Vyetnam xalqı milli müstəqillik və dövlət quruculuğu uğrunda mübarizə apardığı illərdə Azərbaycan xalqının bizə göstərdiyi böyük və dəyərli dəstəyi heç vaxt unutmur.

Biz fəxr edirik ki, tarixi dəyişikliklərə və sınaqlara baxmayaraq, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri qorunub saxlanılır, möhkəmlənir və yaxşı inkişaf edir. Vyetnam xalqlar arasında dostluğu həmişə qiymətləndirir, qoruyur və gələcək nəsillərə ötürür. Bu gün Vyetnam ilə Azərbaycan arasında qarşılıqlı faydalı, çoxşaxəli əməkdaşlığı daha da möhkəmləndirmək üçün olduqca əlverişli şərait yaranıb. Bu gün yüksək səviyyəli dövlət nümayəndə heyəti ilə birlikdə Azərbaycana səfərim Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək və bundan sonra da gücləndirmək istəyini bir daha təsdiq edir.

Hörmətli cənab Prezident!

Əziz dostlar!

Bu gün mənimlə cənab Prezident arasında çox məzmunlu və səmərəli danışıqlar oldu. Biz bir çox sahələrdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətlərini və konkret tədbirləri əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunda müzakirə etdik və razılaşdırdıq. Bu da yaxın vaxtlarda münasibətlərimizin səmərəli inkişafına kömək edəcək.

Əminəm ki, aramızdakı yaxınlıq və bağlılıq, çoxdankı ənənəvi dostluq münasibətləri, habelə iki ölkə rəhbərlərinin və xalqlarının iradəsi və qətiyyəti xalqlarımızın maraqları və ölkələrimizin çiçəklənməsi, regionda və bütün dünyada sülh və sabitlik naminə yeni dövrdə əməkdaşlığı çiyin-çiyinə davam etdirməyimiz üçün möhkəm zəmin olacaq.

gallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42