İlham Əliyevin və Vyetnam Prezidenti Çıonq Tan Şanqın məhdud tərkibdə görüşü olub

14 may 2015, 12:15
İlham Əliyevin və Vyetnam Prezidenti Çıonq Tan Şanqın məhdud tərkibdə görüşü olub

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın məhdud tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Cənab Prezident, Sizi görməyimə çox şadam. Azərbaycana xoş gəlmisiniz. Sizin səfəriniz dostluq münasibətlərimizin inkişafı işində çox əhəmiyyətli addım olacaq. Ölkələrimiz arasında münasibətlərin inkişafından çox razıyıq. Biz bütün istiqamətlər üzrə əməkdaşlığı qətiyyətlə davam etdirmək niyyətindəyik. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və biz Vyetnam ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyətin möhkəmlənməsi işində daha da irəli gedəcəyik. Bir daha xoş gəlmisiniz!

X X X

Vyetnam Prezidenti Çıonq Tan ŞANQ dedi:

- Hörmətli cənab Prezident İlham Əliyev, əziz dostlar. Bu gün başçılıq etdiyim nümayəndə heyəti ilə Azərbaycan Respublikasına səfər etmək mənim üçün böyük şərəfdir. Mən Sizin Vyetnam Respublikasına səfərinizi yaxşı xatırlayıram. Həmin səfər zamanı biz ikitərəfli gündəliyin bir çox məsələlərini müzakirə etdik. Mən ölkələrimiz arasında münasibətlərin ildən-ilə inkişaf etdiyini qeyd etməyə şadam.


gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 07 noyabr 2026
13:30
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Zaur Zey...

07 noyabr 2026, 13:30