İlham Əliyev bp şirkətinin direktorlar şurasının sədri və qeyri-icraçı direktoru Karl-Henrik Svanberq ilə görüşmüşdür

27 yanvar 2011, 20:30
İlham Əliyev bp şirkətinin direktorlar şurasının sədri və qeyri-icraçı direktoru Karl-Henrik Svanberq ilə görüşmüşdür

Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bp şirkətinin direktorlar şurasının sədri və qeyri-icraçı direktoru Karl-Henrik Svanberq ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə bp şirkəti arasında 1994-cü ildən fəal əməkdaşlığın həyata keçirildiyi vurğulandı. bp şirkətinin Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənilməsində iştirakının, “Şəfəq-Asiman” yataqları ilə bağlı imzalanmış sazişlərin əhəmiyyəti qeyd olundu.

Söhbət zamanı Azərbaycan ilə bp arasındakı əməkdaşlığın strateji xarakter daşıdığı bildirildi və bu əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı. 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55