14:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında “The Goldman Sachs Group İnc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb.
21 yanvar 2025, 14:40
Prezident İlham Əliyev Davosda “Huawei Technologies” Korporasiyasının sədri xanım Sun Yafanq ilə görüşmüşdür.
“Huawei Technologies” Korporasiyasının sədri xanım Sun Yafanq rəhbərlik etdiyi şirkətin Azərbaycan ilə uzunmüddətli əməkdaşlıqda maraqlı olduğunu bildirdi.
Qeyd etdi ki, bu şirkət hazırda Azərbaycan ilə müəyyən sahələrdə fəal əməkdaşlıq qurmuşdur. O, mobil rabitə, internet və informasiya-kommunikasiya texnologiyaları sahəsində “Huawei Technologies” Korporasiyasının Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu bildirdi.
Dövlət başçısı şirkətin Azərbaycan ilə fəal işləməsindən və sonuncu “Bakutel” sərgisində də iştirak etməsindən məmnun olduğunu dedi. Prezident İlham Əliyev “Huawei Technologies” Korporasiyasının Azərbaycanda fəaliyyətini genişləndirəcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında “The Goldman Sachs Group İnc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb.
21 yanvar 2025, 14:40Hörmətli cənab Prezident.
Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Amerika xalqının rifahı naminə qarşıdakı məsul ali...
21 yanvar 2025, 13:13Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab İlham Əliyev.
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
“Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsinin Qazaxıstan ərazisində...
17 yanvar 2025, 19:22Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olan Azərbaycan...
17 yanvar 2025, 15:50