Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Nursultan Nazarbayevə

27 aprel 2015, 15:50

Hörmətli Nursultan Abişeviç,

Yenidən Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə Sizin qələbəniz qardaş Qazaxıstan xalqının Sizə yüksək etimadının, dövlətçiliyin möhkəmlənməsinə, sabitliyin qorunmasına, demokratik dəyərlərin bərqərar edilməsinə və ölkə əhalisinin rifahının yüksəldilməsinə yönələn davamlı və uzaqgörən siyasətinizi dəstəkləməsinin təsdiqidir.

Xalqlarımız arasında dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək ənənələrinin inkişafına və genişləndirilməsinə Sizin töhfənizi xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, bizim birgə səylərimiz Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənməsinə, ölkələrimizin çiçəklənməsi, regionun tərəqqisi naminə bütün sahələrdə hərtərəfli qarşılıqlı fəaliyyətin təmin edilməsinə yönəldiləcək.

Hörmətli Nursultan Abişeviç, Sizə möhkəm cansağlığı, səadət, fəaliyyətinizdə uğurlar, qardaş Qazaxıstan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 aprel 2015-ci il

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55