15:05

Prezident İlham Əliyev Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Tatarıstana səfərini və Kazan şəhərinin onda böyük təəssürat yaratdığını məmnunluqla xatırladığını dedi.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və onun subyektləri arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin bu münasibətlərin daha da genişləndirilməsi baxımından önəmini qeyd etdi. Dövlətimizin başçısı əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən ticarət, sərmayə qoyuluşu, birgə layihələrin icrası və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.
Prezident Rüstəm Minnixanov Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə gedən böyük inkişaf proseslərinin, xüsusilə Bakı şəhərinin abadlaşdırılması və yenidən qurulması istiqamətində aparılan işlərin onda və nümayəndə heyətində dərin təəssürat yaratdığını dedi. O, əldə olunan yüksək nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini vurğulayan Tatarıstan Prezidenti nümayəndə heyətinin azərbaycanlı həmkarları ilə artıq bir sıra səmərəli görüşlər keçirdiklərini vurğuladı. Rüstəm Minnixanov Azərbaycanda yaşayan tatar icması ilə keçirdiyi görüş zamanı icma üzvlərinin ölkəmizdə bərqərar olmuş tolerant mühitin onların firavan yaşamaları üçün hər cür şəraitin yaratdığını bildirdiklərini dedi.
Görüşdə maşınqayırma, neft maşınqayırması, Gəncədə avtomobilyığma, neft-kimya, informasiya texnologiyaları, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...
09 may 2025, 10:56Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
09 may 2025, 10:54Hörmətli cənab Federal Kansler,
Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar...
09 may 2025, 10:52Hörmətli cənab Prezident,
Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq...
09 may 2025, 10:50Zati-müqəddəsləri.
Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi,...
09 may 2025, 10:40