İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gəlib

05 aprel 2015, 19:20
İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gəlib

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gəliblər.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ər-Riyadın hərbi aerodromunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Burada Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu.

Dövlətimizin başçısı İlham Əliyevi İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycanın və Səudiyyə Ərəbistanının dövlət himnləri səsləndi.

Səudiyyə Ərəbistanının dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səuda təqdim olundu.

Sonra İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi.  

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55