İlham Əliyev Müqəddəs Sofiya kilsəsində olub

04 mart 2015, 21:25
İlham Əliyev Müqəddəs Sofiya kilsəsində olub

Prezident İlham Əliyev Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində Müqəddəs Sofiya kilsəsində olub.

Bolqarıstan paytaxtının mərkəzi hissəsində yerləşən Müqəddəs Sofiya kilsəsi bu ölkənin diqqəti cəlb edən ən qədim məbədidir.

Kilsənin ayrı-ayrı guşələri və eksponatları ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, tarixi mənbələrdə burada ilk kilsənin 311-313-cü illərdə tikildiyi göstərilir. Sonralar məbəd imperator I Konstantin tərəfindən daha da genişləndirilib. Sonrakı əsrlərdə müxtəlif müharibələr zamanı kilsə dağıntılara məruz qalıb. 537-ci ildə imperator I Yustinian məbədi yenidən bərpa etdirib. Orta əsrlərdə bu tikili imperiyanın baş məbədi olub. Osmanlı imperiyası dövründə məbəd bir müddət məscid funksiyasını yerinə yetirib. Bolqarıstan paytaxtının adı da ilkin mənbəyini artıq 1700 ildir ki, dindarların əsas ibadət yeri kimi fəaliyyət göstərən bu məbəddən götürüb. XIII əsrdən başlayaraq yerli əhali bu şəhərə yunanca mənası “müdriklik” olan Sofiya adını verib. XIV əsrdən başlayaraq bolqar çarlarının bütün sənədlərində paytaxt şəhər Sofiya olduğu göstərilir. Bu kilsə dini məbəd olmaqla yanaşı, tarixi abidə kimi Bolqarıstanın diqqətçəkən turizm obyektlərindən sayılır. 

Prezident İlham Əliyev məbədin xatirə kitabına ürək sözlərini yazdı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55