İlham Əliyev Qırğızıstanın müdafiə nazirini qəbul edib

10 fevral 2015, 17:50
İlham Əliyev Qırğızıstanın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev Qırğız Respublikasının müdafiə naziri Abibilla Kudayberdiyevi qəbul edib.

Müdafiə naziri Abibilla Kudayberdiyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, ölkələrimizin müdafiə və müdafiə sənayesi, o cümlədən hərbi təhsil sahələrində əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Dövlət başçısı İlham Əliyev Prezident Almazbek Atambayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qırğız Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.

 

gallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55