İlham Əliyev Qırğızıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

10 fevral 2015, 16:35
İlham Əliyev Qırğızıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aycigit Buranovun etimadnaməsini qəbul edib.

Səfir Aycigit Buranov fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Aycigit Buranov etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında siyasi əlaqələrin səviyyəsinin razılıq doğurduğu bildirildi, ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin önəmi qeyd olundu, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulandı.

Söhbət zamanı Azərbaycan ilə Qırğızıstanın tərəfdaş və dost ölkələr olduğu bildirildi və əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün qarşılıqlı marağın mövcud olmasının önəmi qeyd edildi.

gallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55