İlham Əliyev 110 kilovoltluq “Ağ şəhər -1”, “Həzi Aslanov”, “Kürdəxanı” elektrik yarımstansiyalarının və 35 kilovoltluq 7 yarımstansiyanın açılışında iştirak edib

09 fevral 2015, 12:25
İlham Əliyev 110 kilovoltluq “Ağ şəhər -1”, “Həzi Aslanov”, “Kürdəxanı” elektrik yarımstansiyalarının və 35 kilovoltluq 7 yarımstansiyanın açılışında iştirak edib

Prezident İlham Əliyev “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin yeni inşa etdiyi 110 kilovoltluq “Ağ şəhər -1”, “Həzi Aslanov”, “Kürdəxanı” elektrik yarımstansiyalarının və 35 kilovoltluq 7 yarımstansiyanın açılışında iştirak edib.

Prezident İlham Əliyev “Ağ şəhər-1” elektrik yarımstansiyasına gəldi.

“Bakıelektrikşəbəkə” ASC-nin sədri Baba Rzayev dövlətimizin başçısına 110/35/6 kilovoltluq “Ağ şəhər -1” yarımstansiyası barədə məlumat verdi. Bildirildi ki, qapalı tipli bu yarımstansiya “Ağ şəhər” layihəsi üzrə tikilən yaşayış komplekslərinin, “Yeni Bulvar”ın və digər qeyri-yaşayış obyektlərinin elektrik təchizatının təmin edilməsi, eləcə də bu ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə inşa olunub. Orijinal layihə əsasında tikilən yarımstansiya da ölkəmizdə aparılan yenidənqurma tədbirlərinin miqyası və keyfiyyətinin daha bir əyani nümunəsidir.

Açıq tipli yarımstansiyalardan xeyli az yer tutan, funksional baxımdan isə böyük üstünlüklərə malik belə qurğular xüsusilə meqapolislər üçün olduqca əlverişlidir. Bütün yarımstansiyalarda olduğu kimi, burada da ətrafda əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb. “Bakıelektrikşəbəkə”nin qəza xidməti və digər xüsusi maşınları da işin operativ yerinə yetirilməsinə hərtərəfli imkan yaradır. Həmin avtomobillərdən birinci Avropa Oyunlarının keçirilməsi zamanı da geniş istifadə olunacaq.

Yarımstansiyanın girişində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin elektroenergetika sisteminin, o cümlədən ötürücü və paylayıcı şəbəkələrin inkişafı üçün həyata keçirdikləri kompleks tədbirlərə dair fotostend yaradılıb.

Burada “Bakıelektrikşəbəkə”nin 2006-cı ildə fəaliyyəti bərpa ediləndən bəri reallaşdırdığı layihələr də əksini tapıb.

Yarımstansiyada işçilərin normal fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.

Dövlət başçısı “Ağ şəhər – 1” yarımstansiyanın dispetçer idarəetmə otağı ilə tanış oldu.

Prezident İlham Əliyevə “Bakıelektrikşəbəkə”nin mövcud, təmirə ehtiyacı olan və tikilməsi vacib sayılan 110 kilovoltluq yarımstansiyaları barədə məlumat verildi. Bildirildi ki, 110 kilovoltluq 10 yarımstansiyanın əsaslı şəkildə yenidən qurulmasına və 10 yeni yarımstansiyanın tikintisinə ehtiyac var.

Dövlət başçısına “Ağ şəhər” kompleksinin elektrik təchizatı sxemi nümayiş etdirildi. Qeyd olundu ki, perspektiv planda “Ağ şəhər” layihəsi üzrə tələb olunan gücün qarşılanması məqsədilə yaxın gələcəkdə 110/35/6 kilovoltluq “Ağ şəhər-2”, “Ağ şəhər-3” və “Ağ şəhər-4 yarımstansiyalarının inşası, eləcə də həmin energetika qurğularının ikidövrəli 110 kilovoltluq kabel xətti vasitəsilə əlaqələndirilməsi nəzərdə tutulub.

Bildirildi ki, köhnə yarımstansiyanın yerində inşa olunan yeni 110/35/10 kilovoltluq “Həzi Aslanov” yarımstansiyası da müasirliyi ilə diqqəti çəkir. Yarımstansiyanın qidalandırılmasının gücləndirilməsi üçün bu energetika qurğusu 110 kilovoltluq “1-ci Əhmədli” hava xəttindən açılaraq 110 kilovoltluq kabel xətləri vasitəsilə iki mənbə - “Əhmədli” yarımstansiyası və “Bakı İstilik Elektrik Mərkəzi – 1” elektrik stansiyası ilə əlaqələndirilib. Bu layihə çərçivəsində “Həzi Aslanov” və “Ağ şəhər -1” yarımstansiyaları arasında 110 kilovoltluq ikidövrəli kabel xətlərinin çəkilməsi nəzərdə tutulub.

“Həzi Aslanov” yarımstansiyasında müasir eleqaz və vakuum tipli avadanlıq quraşdırılıb. Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub.

Qeyd olunub ki, 110/35/6 kilovoltluq “Kürdəxanı” yarımstansiyasının inşasına da kəskin ehtiyac duyulurdu. “Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində və yeni yol qovşağının inşası ilə əlaqədar 35/6 kilovoltluq 498 saylı yarımstansiyanın əvəzinə tikilən yeni yarımstansiya Sabunçu rayonu və ətraf qəsəbələrin, eləcə də gələcəkdə inşa olunacaq yaşayış komplekslərinin, istirahət, sosial obyektlərin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bu energetika qurğusu da ən müasir avadanlıqla təchiz edilib və SCADA sisteminə qoşulub.

Prezident İlham Əliyevə yeni inşa olunan 35 kilovoltluq 7 yarımstansiya barədə də məlumat verildi. Bildirildi ki, bu yarımstansiyalar paytaxt və qəsəbələrin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı ilə yanaşı, ölkəmizdə beynəlxalq tədbirlərin də yüksək səviyyədə keçirilməsinə hərtərəfli şərait yaradır, dairəvi təchizat sxeminin etibarlılığını daha da artırır. Yeni 35 kilovoltluq yarımstansiyaların bir qismi 2014-cü ildə Azərbaycanda “Sənaye ili”, həmçinin ölkəmizdə sənayeləşmə siyasəti çərçivəsində nəzərdə tutulan tədbirlərin dolğun həyata keçirilməsinə xidmət edir.

Bundan başqa, bu yarımstansiyalar birinci Avropa Oyunları ilə əlaqədar paytaxtın elektrik şəbəkəsində reallaşdırılan mühüm və kompleks tədbirlərin də tərkib hissəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevə birinci Avropa Oyunları obyektlərinin elektrik təchizatı sxemi də nümayiş etdirildi.

Dövlətimizin başçısına “Bakıelektrikşəbəkə”də tətbiq edilən yüksək texnologiyalar və elektron xidmətlər barədə də ətraflı məlumat verildi. Qeyd olundu ki, şəbəkə şəffaflıq və operativliyin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Ötən ilin may ayından etibarən əhaliyə “ASAN xidmət” mərkəzlərində “Bakıelektrikşəbəkə” ilə bağlı bir sıra xidmətlərin göstərilməsinə başlanıb.

Sonra dövlət başçısı “Ağ şəhər-1” yarımstansiyasını işə saldı.

Prezident İlham Əliyev yeni yarımstansiyada quraşdırılan avadanlıqlarla tanış oldu. Qeyd edildi ki, yarımstansiyanın qidalandırılması birinci dairəvi sxemə daxil olan “Liman” və “Həzi Aslanov” yarımstansiyalarından 110 kilovoltluq ikidövrəli kabel xətləri vasitəsilə yerinə yetiriləcək. Yeni yarımstansiyaların işə düşməsi ilə elektrik şəbəkəsində 9 faiz güc artımı yaradılıb. Ümumilikdə, “Bakıelektrikşəbəkə”nin fəaliyyətinin bərpa edildiyi 2006-cı ildən bəri şəbəkənin güc qəbuletmə və paylama qabiliyyəti 105 faiz artıb. Yarımstansiyada 50 meqavoltamper gücündə iki müasir transformator da quraşdırılıb.

Yeni yarımstansiyaların açılış mərasimində iştirak edən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi, kollektivə uğurlar arzuladı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:58
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının...

17 aprel 2025, 16:58
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:56
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr...

17 aprel 2025, 16:56
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:54
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 160-VIIQD nömrəli Qanununun tətbiqi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 126 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi...

17 aprel 2025, 16:54
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:52
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər...

17 aprel 2025, 16:52
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:50
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan...

17 aprel 2025, 16:50
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:48
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 142-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral...

17 aprel 2025, 16:48
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:42
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanlarında və “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2021-ci il 9 aprel tarixli 2570 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə” 2021-ci il 4 dekabr tarixli 3025 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında”...

17 aprel 2025, 16:42
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:40
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il yanvarın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının...

17 aprel 2025, 16:40