İlham Əliyev Türkiyə Jandarm Qüvvələrinin Baş komandanı, ordu generalı Necdet Özeli qəbul etmişdir

18 yanvar 2011, 19:00
İlham Əliyev Türkiyə Jandarm Qüvvələrinin Baş komandanı, ordu generalı Necdet Özeli qəbul etmişdir

Prezident İlham Əliyev Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş komandanı, ordu generalı Necdet Özelin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş komandanı, ordu generalı Necdet Özel yeni vəzifəyə təyin olunduqdan sonra ilk xarici səfərini dost və qardaş Azərbaycana etdiyini vurğulayaraq Azərbaycanı ikinci vətən saydıqlarını dedi. O, Türkiyədə gənc nəslin də bu ruhda yetişməsinə çalışdıqlarını bildirdi. Necdet Özel səfər zamanı əməkdaşlığımızın inkişafına dair çox yaxşı müzakirələr apardıqlarını da qeyd etdi.

Dövlət başçısı Türkiyənin yüksək rütbəli rəsmilərinin ilk xarici səfərlərini Azərbaycana etməsinin artıq yaxşı bir ənənə halını aldığını dedi. Ölkələrimizin dostluq və qardaşlıq münasibətlərinin insanlar arasında da özünü büruzə verməsindən məmnun olduğunu deyən Prezident İlham Əliyev hər iki ölkə rəsmilərinin sıx əlaqələrinin yaradılmasının vacibliyini bildirdi. Necdet Özelin Azərbaycana səfərinin ölkəmizi yaxından tanımaq üçün yaxşı imkan yaratdığını qeyd edən dövlətimizin başçısı qonağın azərbaycanlı həmkarları ilə səmərəli əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə etdi. 

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20