İlham Əliyev Münxendə Finlandiya Prezidenti Sauli Niinistö ilə görüşüb

07 fevral 2015, 14:00
İlham Əliyev Münxendə Finlandiya Prezidenti Sauli Niinistö ilə görüşüb

Prezident İlham Əliyev Münxendə Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Finlandiya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin bu əlaqələri daha da genişləndirməkdə maraqlı olduğu bildirildi. Qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulandı. Finlandiya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyəti qeyd edildi, birgə müəssisələrin yaradılmasının önəmi diqqətə çatdırıldı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55